"Ermənistanın sülh sazişini imzalaması üçün iradəsi varsa,..." - SİYASİ EKSPERT AÇIQLADI
"Dünən Brüsseldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında keçirilən görüşü Azərbaycan və Ermənistanın ali rəhbərliyinin bir neçə gündən sonra keçiriləcək daha yüksək səviyyəli görüşünə bir hazırlıq addımı kimi qiymətləndirmək olar". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, heç şübhə yoxdur ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 6-da müzakirə edəcək məsələlərin təxmini çərçivəsi barədə fikir mübadiləsi aparıblar: "Buna böyük önəm vermək lazımdır. Hansı ki, yüksək səviyyədə keçiriləcək görüşün müzakirə çərçivəsinin bir neçə gün əvvəl müəyyənləşdirilməsi böyük əhəmiyyət kəsb edir. Əgər, Ermənistanın doğurdan da sülh prosesini irəlilətmək fikri və iradəsi varsa, o zaman aprelin 6-da keçiriləcək görüşün daha böyük əhəmiyyəti var. Sözsüz ki, görüşdə Hikmət Hacıyev Azərbaycanın prinsipial mövqeyini yüksək səviyyədə ifadə etdi.
Brüsseldə baş tutan görüş 6 apreldə dövlət başçılarının keçiriləcək görüşünün effektini artırmaq baxımından əhəmiyyətlidir. Əgər, Ermənistanın sülh sazişini imzalaması üçün iradəsi, niyyəti varsa, aprel görüşü müsbət nəticələrlə yadda qala bilər".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB