Rusiya-Ukrayna müharibəsinin iqtisadi zərərləri göz önündədir - POLİTOLOQ AÇIQLADI

Rusiya-Ukrayna müharibəsinin iqtisadi zərərləri göz önündədir - POLİTOLOQ AÇIQLADI

"Rusiya ilə Ukrayna arasında müharibə artıq bir aydan çoxdur ki, davam edir. Rusiya müharibənin bu qədər davam edəcəyini düşünmürdü. Digər tərəfdən Belarusiya ərazisində keçirilmiş danışıqlar heç bir nəticə vermədi". Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, Türkiyə tərəfi Antalya Diplomatiya Forumunda uğurlu şəkildə Sergey Lavrov və Dmitri Kuleba arasında danışıqları təşkil etdi: "Eyni zamanda İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilən görüş müsbət nəticələrlə yadda qaldı. Kiyev, eləcə də Çerniqovda rus qoşunlarının çəkilməsi ilə bağlı Rusiya tərəfi qərar verdi. Eyni zamamda prinsipial məsələlərdə mövqelərin yaxınlaşması haqqında ilkin konturlar vardır. Ukrayna tərəfi nüvəsiz dövlət olmaq və neytrallıq statusunu qorumaq haqqında Rusiyanın prinsipial mönqeyi ilə razılaşır. Digər məsələlərdə bir qədər fikir ayrıseçkilikləri var. Lakin diplomatik siyasi danışıqların və görüşlərin keçirilməsi həm müharibə haqqında fikirləri kənarlaşdırır, həm də humanitar dəhlizlərin həyata keçirilməsində ortaq fikir formalaşır. Bu baxımdan İstanbul görüşünü böyük uğur hesab etmək olar. Türkiyə diplomatiyasının uğuru kimi qiymətləndirilir. Görüşdən öncə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan nümayəndə heyətləri ilə görüşlər keçirib. Cənab Ərdoğan məhz Qara dəniz hövzəsində təhlükəsizlik mühitinin gücləndirilməsinin tərəfdarı kimi özünü göstərir. Türkiyə ilk gündən məsələlərin diplomatik və dinc yolla həll edilməsinin tərəfdarıdır. Düşünürəm ki, bu bütün dünya analitiklərinin, hərbi ekspertlərinin nəzərindədir. Türkiyə çalışır ki, regionda təhlükəsizlik mühiti gücləndirilsin. Coğrafi nöqteyi nəzərdən dövlətlərlə həmsərhəd olan Türkiyə həm Ukraynanın ərazi bütövlüyü istiqamətində çağırışılar edir, həm də Rusiyaya qarşı iqtisadi sanksiyalar paketində yer almır. Bu Türkiyənin mövqeyini daha da güçləndirən bir amildir. Eyni zamanda vasitəçilik imkanlarını da getdikcə genişləndirir. Belarusiyadan fərqli olaraq Türkiyənin bu istiqamətdə üstünlükləri vardır. Müharibənin yolverilməz olması ilə bağlı geniş dünya ictimaiyyətində fikirlər formalaşmışdır. Çünki müharibə insanlıq faciəsidir. Eyni zamanda hər iki ölkənin iqtisadiyyatına böyük zərbədir. Rusiya-Ukrayna müharibəsinin iqtisadi zərərləri göz önündə olacaq və bütün Avropanın təhlükəsizlik mühiti bu müharibə ilə sarsılsa da gələcək haqda düşünmək və planlar qurmaq mühüm əhəmiyyət kəsb edir. Avropanın, eləcə də bütün dünyanın təhlükəsizlik arxitekturasında beynəlxalq hüququ elə bir formada bərqərar etmək lazımdır ki, hər hansısa təhdidlər primitiv üsullarla qabaqlansın".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə