Armen Badalyan: “Ermənistanın vilayətə çevrilməsi prosesinə başlanacaq” REALLIQ
“Əgər Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı uğursuzluğa düçar olarsa, onda Qarabağda lokal hərbi əməliyyatlar yenidən başlayar ki, bu da onun tam olaraq Azərbaycanın nəzarətinə keçməsi ilə nəticəsini tapar. Bununla yanaşı, rusiyalı sülhməramlılar nəzarət etdikləri əraziləri tərk etmək məcburiyyətində qalacaqlar”.
SİA xəbər verir ki, bu barədə erməni KİV-nə erməni politoloqu Armen Badalyan deyib.
Onun sözlərinə görə, belə olan halda Azərbaycan və Türkiyə Zəngəzur dəhlizi məsələsini hərbi vasitə ilə həll edəcəklər ki, bundan sonra Ermənistanın vilayətə çevrilməsi prosesi başlayacaq.
“Ermənistanın hakim rejiminə öz adamlarını təyin etmək üçün Türkiyə və Fransa arasında mübahisənin də yaranacağını istisna etmirəm”.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB