YAP Səbail rayonunda soyqırımı qurbanları anılıb - TƏDBİR-FOTOLAR

YAP Səbail rayonunda soyqırımı qurbanları anılıb - TƏDBİR-FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatında 31 Mart soyqırımın 104-cü ildönümü münasibəti ilə tədbir keçirilib. SİA xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev qeyd edib ki, 31 Mart soyqırımını Azərbaycan xalqının sağalmaz yarasıdır.

Onun sözlərinə görə, Azərbaycan xalqı olaraq biz bu hadisəni nəsildən-nəsilə ötürməyi özümüzə borc bilirik: “Erməni millətçiləri bütün tarix boyu Azərbaycan xalqına qarşı daima düşmənçilik siyasəti yürüdüb. Müxtəlif illərdə onlar bir çox hadisələr törədərək günahsız insalarımızı qətlə yetiriblər. Biz bütün bunları unutmamalı və yaddan çıxartmamalıyıq. Ermənilərin tarix boyu azərbaycançılığa qarşı apardığı mənfur siyasət nəticəsində təəssüflər olsun ki, çox zaman istəklərinə nail olublar. Bu hadisələrin içərisində 1918-1920 ci illərdə baş vermiş 31 Mart soyqıırmı öz əksini tapır. Bu hadisələr 30 martdan 2 aprelə qədər davam etmiş və bu müddət ərzində tək Bakıda 30 min Azərbaycanlı qətlə yetirilmişdir. Tarixi mənbələrdə əldə etdiyimiz məlumata görə bu hadisələrdə günahsız insanlar qadınlar, qocalar və uşaqlar vəhşicəsinə işğəncə verilərək öldürülmüşdür. Sovetlər dövründə 31 mart soyqırımı ilə bağlı tədbirlərin keçirilməsinə və qeyd olunmasına icazə verilməsə də, Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdığdan sonra 1998 mart ayının 26-da xüsusi sərəncam vermiş və bu günə qədər də bu ənənəyə sadiq qalaraq 31 mart tarixi ölkəmizdə qeyd olunur. Bu gün dövlət tərəfindən aparılan uğurlu siyasət həmin hadisələrin bir daha yaşanmamasına və Azərbaycan xalqının qüdrətinin, gücünün daha da yüksüək səviyyəyə çatmasına şərait yaradır. Azərbaycan dövləti möhətərəm prezident və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan ordusunun Qarabağın erməni işğalından azad edilməsi uğrunda apardığı 44 günlük ədalətli müharibəsini uğurlu nəticəsi kimi bütün dünyaya nümayiş etdi.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlı qeyd edib ki, tarix yaddaşı hər bir millətin yadda qalması üçün önəmlidir. Onun sözlərinə görə, 20-ci əsrdə Azərbaycan xalqının Türk müsəlman dünyasında böyük dövlətçiliklə bağlı uğurları olsa da, həmin faciələrlə bağlı bir qan yaddaşı var: “Bu qan yaddaşının yadda qalması və gələcək nəsillərə ötürülməsi üçün əhəmiyyətlidir. Müasir dünyada tək döyüş siyasi müstəvidə deyil, eyni zamanda ideoloji müstəvidə də çıxış edir. Bu ideoloji müstəvidə düşmənlərimiz və onun havadarları hər zaman türk dünyasına qarşı soyqırım məsələlərini yönəltməyə çalışıblar. Bu işğal prosesi bizə təkcə işğalçılıq deyil, eyni zamanda faciə gətirdi. Ali baş komanda İlham Əliyevdə işğaldan azad olunmuş ərazilərimizə səfər edərkən hər zaman bildirib ki, biz son 200 il də 44 günlük Qarabağ savaşına qədər heç vaxt torpaqlarımızı qaytarmamışıq”.

Tədbirdə daha sonra çıxış edən YAP Səbail rayon təşkilatının fəal gənci Tərlan Ağayev qeyd edib ki, 1918-ci il Mart soyqırımının həm tarixi kökləri,həm daxili şəraitdən,həm də böyük dövlətlərin regionda yürütdükləri siyasətdən doğan səbəbləri var idi. T. Ağayev bildirib ki, soyqırımın kökləri, hər şeydən əvvəl, çar Rusiyasının isti dənizlərə yiyələnmək strategiyasını həyata keçirmək üçün özünə “etibarlı” ünsür axtarması ilə bağlı idi. S.Şaumyan bu hadisə ilə bağlı yazırdı ki, “Bizim süvari dəstəyə ilk silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik”. Qırğın qəddarlıqla həyata keçirildi.Şəhər yerdən və havadan bombardman edildi.Silahlı dəstələr uşaqlara,qocalara və qadınlara rəhm etmirdilər. Adamlardan siyasi mənsubiyyət soruşulmurdu. Öldürmək üçün türk, müsəlman olmaq kifayət edirdi. Soyqırımın gedişində azərbaycanlılara məxsus ictimai binalar, milli rəmzlər və mədəniyyət ocaqları dağıdıldı.Mayın 28-də Azərbaycan xalqı bütün müsəlman Şərqində ilk dəfə olaraq respublika üsuli-idarəsini qurdu.Respublika məfkurəsini müsəlman Şərqinə məhz Azərbaycan xalqı gətirdi, müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmaq yolunu və nümunəsini göstərdi. Allah soyqırımı qurbanlarının ruhunu şad etsin.

Tədbirin sonunda Tarix üzrə fələsfə doktoru Mübariz Ağalarlı YAP Səbail rayon təşkilatının üzvləri Mirzağa Ağayev, Taliyə İbrahimova, Elşad Əliyev, Akif Əzizov, Bəxtiyar Quluzadə, Ülvi Əzizov və digər partiya fəallarının suallarını qənaətbəxş cavablandırdı.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə