YAP Qusar rayon təşkilatının sədri David İbramxəliliov, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri Qusar rayonun İmamqulukənd kəndində Vətən müharibəsinin şəhidi Məmmədov Murad Əzizulla oğlunun doğum günü münasibətilə keçirilən anım tədbirində iştirak ediblər. Əvvəlcə şəhidin məzarı ziyarət edilib, məzarı önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunaraq əziz xatirəsi yad edilib. Vətən müharinəsinin şəhidi Murad Məmmədov müharibə zamanı Soqovuşan istqamətində gedən döyüşlərdə şəhid olub. Prezidentin Sərəncamı ilə bir sıra medallarla təltif edilib.
Şəhidin ailə üzvləri dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB