31 Mart soyqırımı xalqımıza qarşı törədilmiş ən dəhşətli faciələrdəndir - MÜNASİBƏT BİLDİRİLDİ

31 Mart soyqırımı xalqımıza qarşı törədilmiş ən dəhşətli faciələrdəndir - MÜNASİBƏT BİLDİRİLDİ

“31 Mart soyqırımı Azərbaycan xalqının başına gələn ən dəhşətli faciələrdəndir. Azərbaycan xalqına qarşı qətliamlar törədən ermənilər özlərini hər zaman təmizə çıxarmaq üçün hiylərgərcəsinə planlar qurub, dünyaya bunu onlara edilmiş faciə kimi qələmə verməyə çalışıblar”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirib.

Onun sözlərinə görə, 1918-ci il martın 31-də Bakı, Şamaxı, Lənkəran, Quba, Xaçmaz, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və başqa bölgələrdə Daşnaksütyun partiyası və Bakı Soveti azərbaycanlılara qarşı soyqırım törədiblər: “Bu soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib. On minlərlə insan itkin düşüb. Bakıdan sonra Şamaxı qəzasında kütləvi qırğınlar törədən ermənilər təkcə burada 7 minə yaxın müsəlmanı qətlə yetirib. Şamaxı qəzasının 58 kəndində qətliamlar törətmişlər. Yüzlərlə körpəyə, qadına qıymışlar. Mart soyqırımı zamanı Qubada 6 minə yaxın insan qətlə yetirilib.

Bu soyqırımda təkcə xalqımız qətlə yetirilməyib, bununla yanaşı tarixi abidələrimiz məhv edirlib, yandırılıb. Mədəni irsimizə ziyan vurublar. Şamaxıda Cümə məscidi yandırılıb. O zamanlar Azərbaycan xalqının bu məsələni dünyaya çatdırmasına qarşı oldular. Həm də o dömənki Azərbaycan rəhbərləri də bunu istəmirdilər. Ümummilli lider Heydər Əliyev I katib vəzifəsində olarkən bu məsələlərin müəyyən qədər üzə çıxarmağa çalışıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra Ulu Öndər bu məsələdə fəal iştirak etdi və Qubada, Lənkəranda və digər rayonlarda yaşanılan soyqırımları üzə çıxartdı. Bu gün də həmin soyqırım abidələrini ziyarət edirik. Təbii ki, biz o zaman öz haqlarınızı dünyaya bəyan etdiyimiz zaman səsimizi duyan olmadı. Bu məsələlər bu gün də öz aktuallığını qoruyur. Ermənilər bu faciəndən sonra yenə də azərbaycanlılara qarşı amansızcasına qətliamlar törətdilər. Torpaqlarımızın 20 faizini işğal edib, soydaşlarımızı öz torpaqlarından qovmuş, onları qəddarcasına öldürmüşlər. Xocalı soyqırımında ermənilər insanlıqdan kənar olan davranışlar sərgiləmiş, körpələrə, hamilə qadınlara, qocalara rəhm etməyib vəhşi kimi onları qətlə yetiriblər. Amma ordumuzun və Ali Baş Komandanımızın uğurlu siyasəti nəticəsində 2020-ci il 44 günlük Vətən müharibəsindən Zəfər qazanaraq torpaqlqrımızı işğaldan azad etdik.

Onlar bu gün də bizim sərhədlərimizdə atəşkəsi pozmaq istəyirlər. Üçtərəfli bəyannaməyə əməl etmədən hər cür hiyləyə əl atırlar. Təbii ki, biz bunların hamısını nəzərə almalıyıq. Düşmənlərimizin kim olduğunu unutmamalıyıq. Onların xalqımıza qarşı etdiklərini unutmamalıyıq. Hər bir azərbaycanlı, hər bir Azərbaycan gənci bilməlidir ki, 31 Mart soyqırımı Ermənistan dövləti tərəfindən Azərbaycana, azərbaycan xalqına, türk müsəlman dünyasına qarşı törədilmiş soyqırımdır".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə