Türkiyənin qlobal gücə çevrilməsi təqdirəlayiqdir - DEPUTAT ŞƏRH ETDİ
"Dünən bütün dünyanın gözü məhz İstanbulda idi. Baş verən prosesin mahiyyəti ondan ibarətdir ki, bir-biri ilə eyni kökə, dilə, etiqada malik iki dövlətin arasında baş verən müharibədə sülhün əldə olunması üçün etibarlı yer məhz Türkiyə seçilmişdi". Bu sözləri SİA-ya açıqlamasında deputat İlham Məmmədov deyib.
Onun sözlərinə görə, bu, əlbəttə ki, bütün türk dünyasının sevincidir: "Çünki Türkiyə bu gün dünyanın sülh mərkəzi olduğunu artıq sübut edib. Heç də təsadüfi deyil ki, həm Rusiya, həm də Ukrayna tərəfi məhz Türkiyənin vasitəçiliyini ilk gündən önə çəkiblər. Türkiyə artıq son illərdə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə dünyanın sülhün, ədalətin çarcısı olan bir mərkəzə çevrilib. Təbii ki, 21-ci əsrdə belə müharibələrin olmasını heç birimiz təsəvvürümüzə gətirmirdik. Cənab Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi ilə 21-ci əsr hərb tarixinə yeni hibrid, ədalətli müharibənin aparmağın yolunu göstərdi. Qardaş Türkiyə ilə yanaşı Azərbaycanın da Rusiya ilə Ukrayna arasında baş verən müharibədə sərgilədiyi mövqe dünya dövlətlərinin diqqət mərkəzindədir.
Çünki birtərəfli mövqe tutaraq bizim üçün strateji müttəfiq olan Rusiya, həmçinin dost olan Ukraynanın sülhə nail olması nəinki regionun, eləcə də dünyanın bir nömrəli məsələsidir. Bu gün qardaş Türkiyənin regionun deyil, artıq qlobal gücə çevrilməsi təqdirəlayiqdir. Rusiya-Ukrayna arasında baş verən müharibənin İstanbulda nümayəndə heyətlərinin görüşməsi həlledici məqamları özündə ehtiva etdi. İlk növbədə Ukrayna özünün neytral və nüvə silahından azad statusu barədə Rusiyaya yazılı təklif verib. Bu, olduqca böyük irəliləyişdir. Eyni zamanda Kiyev, Krımın hərbi yolla geri qaytarılmasından imtina edilmişdir. Hesab edirəm ki, bu təkliflər Rusiya tərəfinin görmək istədiyi təkliflərdir".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB