30 il ərzində Ermənistan heç nəyə nail ola bilmədi - POLİTOLOQ AÇIQLADI

30 il ərzində Ermənistan heç nəyə nail ola bilmədi - POLİTOLOQ AÇIQLADI

“10 noyabr 2020-ci il tarixli bəyannamədən artıq uzun müddət keçməsinə baxmayaraq Ermənistan tərəfi konkret olaraq bəyannamənin bir neçə müddəasını yerinə yetirmir, üstəlik kobudcasına pozur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.


Onun sözlərinə görə, onlar Qarabağa yenidən silah göndərməklə təhlükəsizliyi təhdid etməklə yanaşı, yenidən nəyəsə nail olmaq istəyirlər: “Artıq Fərrux əməliyyatı da onu göstərdi ki, Ermənistanın bu cəhdləri əbəs yerədir. Ümumiyyətlə, Ermənistanın sülh tərəfdarı kimi çıxış etməsi də şübhəlidir. 30 il ərzində Ermənistan tərəfi heç nəyə nail ola bilmədi. Artıq proseslər Azərbaycanın nəzarətindədir. Tezliklə Ermənistan ordusunun qalıqları da Qarabağdan çıxarılacaq”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə