Ermənistan tələdə və təhlükəsizliyi təhdid altında - TƏHLİL

Ermənistan tələdə və təhlükəsizliyi təhdid altında - TƏHLİL

Rusiyanın Ukraynada uğursuzluqlarla qarşılaşması, müvəffəqiyyət qazana bilməməsi bu ölkənin müttəfiqlərinin hər istiqamətdə tamamilə məğlub olması anlamına gəlir. Təsadüfi deyil ki, ruslrın bu uğursuzluqlarından sonra erməni cəmiyyətində onlara qarşı meyillər müşahidə olunur. Rusiyanın uğursuzluğunun Ermənistan üçün hansı nəticvələr vəd etdiyini ermənilər yaxşı başa düşürlər və narahatlıqları da anlaşılandır. Çünki, bu, yəni Rusiyanın məğlubiyyəti, yaxud müvəffəqiyyət, qələbə qazana bilməməsi ilə Ermənistanın hədəfə çevriləcəyi ermənilər üçün çox narahatedici, təhlükəli mesajdır və birbaşa Ermənistana aiddir.

Ermənistandakı Rusiya bazasından ayrı-ayrı bölmələri Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəyə köçürmək planı da sıradan bir məsələ hesab olunmur. Elə buna görə də ermənilərin kürkünə birə düşüb və bununla Ermənistanın təhlükəsizliyinin real təhlükə altında olması bəlli olur. Sosial şəbəkələrin işğalçı ölkəyə məxsus seqmentində, ələlxüsus “Facebook” sosial şəbəkəsində bu barədə erməni narahatlıqları özünü biruzə verir. Ermənilər hesab edirlər ki, Rusiya bazasından ayrı-ayrı bölmələrin köçürülməsi Ermənistan üçün hətta tələ də ola bilər. Daha doğrusu bəzi erməni siyasətçiləri bunun məhz Putinin tələsi olduğu qənaətindədirlər.

Ermənistanda yerləşən Rusiya bazasından ayrı-ayrı bölmələrin köçürülməsi barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının operativ məlumatında da bildirilib və bundan ermənilərin hədsiz dərəcədə təşvişə düşməsi gözlənilən idi. “Döyüş əməliyyatlarında iştirak edən ayrı-ayrı hissələrin döyüş qabiliyyətini bərpa etmək cəhdlərini davam etdirən Rusiya Federasiyasının hərbi rəhbərliyi Ermənistandakı 102-ci Rusiya hərbi bazasından bəzi hissələrin Ukrayna ərazisinə köçürülməsini planlaşdırır”, deyə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının operativ məlumatında qeyd olunan məlumatdan sonra Rusiya tərəfindən heç bir təkzib də olmadısa, deməli məsələ çox ciddidir. Deməli, ermənilər narahat olmaqda haqlıdırlar. Ona görə ki, bu onlar üçün faciə deməkdir. Çünki bu mesaj çox şeyi deyir, çox şeydən xəbər verir. Məsələn, Rusiyanın uğursuzluğu ilə bağlı Kreml etiraf etməyə tələsməsə də bunun əksini iddia belə etməməsi müəyyən məqamlara aydınlıq gətirmək üçün kifayətdir. Kremlin Kiyevi və Ukraynanın bütün böyük şəhərlərini üç-beş günə ələ keçirmək üçün dəqiq planı olduğu halda bunun baş verməməsi, yalnız Xersonu götürə bilmələri vəziyyətin nə yerdə olduğunu açıq-aşkar ortaya qoyur və rus ordusu barədə mifləri darmadağın edir. Belə olan halda isə, il yarım bundan əvvəl erməni ordusu mifi darmadağın edilən, sonra rus ordusu mifinə söykənən ermənilərin başına sanki daş düşmüş olur. Üstəlik, hər zaman rus qoşunlarına, rus əsgərinə sığınıb səsini çıxaran erməninin “səsi” Ermənistanda olan Rusiya bazasından ayrı-ayrı bölmələrin köçürülməsi ilə boğulur, hətta tamamilə kəsilir.

Mariupol məhv edilsə də, Xarkovda, İrpendə, Buçada çox şey dağıdılsa da bu Rusiyanın qələbəsi sayıla bilməz və yalnız rusların həmləsi hesab oluna bilər. Əlbəttə ki, Putinin ümid etdiyi heç də bu olmayıb və nəticələrin olmaması Rusiya liderini narahat edir. Bu arada diqqətə çatdıraq ki, Ukrayna hərbçiləri Rusiyanın bir neçə hərbi karvanını və hava hədəflərini belə məhv edə bilib. Bu məlumatlar sosial şəbəkələrdə yayılan əsassız informasiyalar, yaxud söz-söhbət deyil, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının xülasəsində məlumat verilir. Məlumatda qeyd olunur ki, Ukrayna hərbçiləri Ukraynanın Nikolayev və Sumı vilayətlərində Rusiyaya məxsus texnikanın bir neçə kolonunu məhv ediblər və hazırda rusların itkiləri dəqiqləşdirilir. Həmçinin bildirilir ki, Kiyev vilayətində son günlər Ukrayna müdafiə qüvvələri tərəfindən 30-dan çox yaşayış məntəqəsi azad edilib, bəzi ərazilərdə rus qoşunları Ukrayna paytaxtından on kilometrlərlə geri çəkilib. Bir sözlə, rəsmi məlumatlar ən azından rusların uğursuzluqları barədə fikir formalaşdırır.

Artıq bütün dünyada açıq şəkildə deyilir ki, Ukraynada Rusiya Federasiyasının hərbi məğlubiyyəti günün reallığı kimi qəbul edilir. Bütün dünya o qənaətdədir ki, Rusiya bu müharibədə uduzub və indi məsələ yalnız Putinin bunu etiraf etməsi ilə yekunlaşmalıdır. Məsələ burasındadır ki, görünür, Rusiya prezidenti də uğursuzluqlarını etiraf etmək niyyətində deyil. Əslində, bir neçə günə Ukraynanı işğal edəcəyi, ələ keçirəcəyi, ukraynalıları təslim edəcəyi qənaətində olan Rusiya lideri yanıldığını anlasa da bunu etiraf edə bilmir. Elə müharibənin, qarşıdurmanın uzanmasına da səbəb olaraq bu hal diqqətdən yayınmır və dünya ictimaiyyəti hesab edir ki, Putinin etirafı ilə döyüş sona çata bilər.

Təkcə sosial şəbəkənin erməni seqmenti deyil, hətta Ermənistan mətbuatı belə yazır ki, hadisələrin bu şəkildə gedişi Ermənistan üçün çox təhlükəlidir. İşğalçı ökədə anlayırlar ki, Rusiyanın Ukraynada uğursuz olması onun müttəfiqlərinin məğlub olmasına, başda da Ermənistanın məhvinə zəmin yaradır. Ən azından bu vəziyyət Ermənistanın təhlükəsizliyini təhdid altında qoyduğu qənaətindədirlər artıq erənilər. İndi ermənilər qorxurlar ki, bəzi məsələlər barədə onlardan mütləq tam şəkildə sorğu-sual olunacaq. Hətta bunun baş verməyəcəyi illüziyasına aldanmamağı da ermənilər bir-birilərinə tövsiyyə edirlər. Səbəb də onu hesab edirlər ki, dünya nəhayət ki, Ukraynanın müttəfiqləri və əleyhdarları olaraq dövlətləri cəmi ikicə dənə qütbə bölüb və Ermənistan da bütün dünyanın, ən azından Qərbin rəqibi olaraq qəbul edilib.

Ermənilər bəhanə etməyə çalışırlar ki, Rusiya ilə eyni müstəvidə olmağa onlar məcbur ediliblər. Məsələ burasındadır ki, onların bəhanələrinə artıq qulaq asan belə olmayacaq və bu bəhanələri heç kim nə eşitməyəcək, nə də bəhanələrini qəbul etməyəcək. Bəli, Ermənistan mətbuatı yazır ki, Türkiyə və Azərbaycan bütün dünyanın gözündə ədalətin, haqqın tərəfində olan ölkə, işğalçının tərəfində olmayan ölkə kimi bir daha nüfuz qazandı. Hətta işğalçı ölkə ictimaiyyətində Türkiyə və Azərbaycanın bundan istifadə edəcəyi qorxusu da yaşanır. Yenə də ermənilər qorxuya düşüblər ki, rəsmi Ankara və Bakı bu vəziyyətdən istifadə edə bilər və onların bu qorxuları da məhz işğalçı ölkənin mətbuat səhifələrində öz əksini tapır. Ermənistan mətbuatı yazır ki, Şuşada Azərbaycan ilə BMT arasında tərəfdaşlığın 30 illiyinə həsr olunmuş tədbir Bakı mətbuatını artıq çoxdan sevindirib. Hətta, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin fikirləri də ermənilərdə qıcıq doğurub. Ermənistana məxsus armenianreprt.am saytı Azərbaycan Prezidentinin köməkçisinin belə bir fikirlər ifadə etdiyini yazır: “Biz BMT-nin Azərbaycanda akkreditə olunmuş nümayəndələri ilə Şuşaya səfər etmək üçün “Xankəndi” adlı təyyarə ilə Füzuli hava limanına uçuruq. Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyi Şuşada bu qurumun institutları ilə birgə qeyd olunacaq. BMT-nin bayrağı işğaldan azad edilmiş Şuşada dalğalanacaq!”. Bəli, ermənilərin bu sözlərdən xoflandıqları da açıq-aşkar duyulur, amma narahatlıqları da, əməlləri və tutduqları çirkin yolun fonunda anlaşılandır. Anlaşılan odur ki, ermənilər bu zamana qədər yalnız işğalçılıq siyasəti yürütdüklərini özləri hamıdan yaxşı bilirlər və dərk edirlər ki, regionda sülhü təmin edən, istər iqtisadi, istərsə də hərhansı sahədə inkişafa zəmin yaradan Azərbaycan bütün dünyanın gözündə elə onların özlərindən fərqli olaraq sülhsevər, sülhün təminatçısı, eləcə də ədalətin tərəfində olan ölkə olaraq görünür. Dərk edirlər ki, Qərb də arıq onların hiyləgərliklərinin, bəd əməllərinin və niyyətlərinin fərqindədir. Hətta bunu bildiklərini etiraf etməkdən çəkinənlər belə indi etiraf etmək məcburiyyətində qaldıqlarını ermənilər anladıqları üçün yuxularını qarışdırıblar. Qərbin köməyinə bundan sonra ümid edə bilməyəcəklərini anlayan ermənilər 44 günlük müharibəni bir daha xatırlamalı olurlar və ona görə də hesab edilər ki, Ermənistanın təhlükəsizliyi bundan belə təhdid altındadır.

Üstəlik, Rusiyanın tezliklə döyüşə hazır bütün ordusunu itirəcəyini düşünən ermənilər tamamilə başlarını itirir, bundan çox böyük qorxu keçirirlər. İndi ermənir hesab edirlər ki, Rusiyanın məğlubiyyətlə üz-üzə olması Vaşinqtonda, Tokioda, Ankarada, ələlxüsus Kiyevdə sevinclə qarşılanır və bu zaman Ermənistanın taleyi, ələlxüsus təhlükəsizliyi sual altında qalır. Ermənistan cəmiyyəti hesab edir ki, Putin özünü tələyə salıb və bu tələyə özü ilə bərabər bütün erməniləri də sürükləyib. Ermənilərin hətta özlərinin belə fikrincə, Putin Rusiyanı bütün dünyaya düşmən etməklə, həm də onun müttəfiqi, hər zaman əli altında olan Ermənistanı, rusların marioneti sayılan erməniləri də bütün dünyanın qarşısında hədəf edib. Artıq Ermənistanda hadisələrin daha acınacaqlı və daha gərgin olacağı, bir-birinin ardınca məğlubiyyətlə, hətta məhv olmaq, yox olmaq təhlükəsi ilə qarşılaşacaqlarına inananlar kifayət qədərdir və təhlükəsizliklərinin təhdid altında olduğu qənaətində olanlar mövcudluqlarının da sual altında olacağı fikrində haqlıdırlar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə