Bu gün bütün dünyanın gözü Azərbaycandadır - PARTİYA SƏDRİ AÇIQLADI
“1998-ci il 26 mart tarixindən etibarən Ulu Öndər Heydər Əliyev tərəfindən 31 mart Azərbaycanlıların Soyqırım Günü qeyd olunur”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, böyük dövlət xadimi Heydər Əliyev bu günün qeyd olunmasına mühüm əhəmiyyət verirdi: “Ümummilli lider Heydər Əliyev istəyirdi ki, biz başımıza gələnləri unutmayaq, tarixdən nəticələr çıxaraq, elə edək ki, bundan sonra Azərbaycanın tarixində bu cür soyqırım aktları olmasın. Bunun üçün, ilk növbədə, biz qonşularımızın kim olduğunu, hansı xarakterə malik olduğunu unutmamalıyıq.
Azərbaycan dövləti, Azərbaycan Ordusu daim regionda hamıdan güclü olmalıdır. Bu, bizim gələcəkdə yaşana biləcək faciələrin qarşısının alınmasında həlledici rola malikdir. Xalqımızın birliyi Azərbaycanı həmişə daha da güclü edib. İkinci Qarabağ müharibəsi bir daha göstərdi ki, Azərbaycan xalqı bir olanda ən böyük qələbələr qazanmağa qadirdir. Bu gün bütün dünya Azərbaycanın şanlı qələbəsini görür. Bu gün bütün dünyanın gözü Azərbaycandadır”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB