“Putinin mövqeyi ilə Rusiya MN-nin mövqeləri arasında kəskin fərq mövcuddur” - AÇIQLAMA

“Putinin mövqeyi ilə Rusiya MN-nin mövqeləri arasında kəskin fərq mövcuddur” - AÇIQLAMA

“ATƏT-in Minsk Qrupu təşkil edilən dövrdən Rusiyanın Qarabağ probleminin həlli ilə bağlı məsələlərə münasibətdə sərgilədiyi mövqe Minsk qrupunun digər iki həmsədr dövləti ABŞ və Fransanın mövqeləri kimi ikili standartlarla üst-üstə düşmüşdür”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olaraq tanımaqla yanaşı Rusiya danışıqların gedişində daha çox erməni tərəfinin maraqlarına cavab verən mövqe tutmuşdur: “Münaqişənin uzun müddət öz həllini tapmamasının da səbəbi BMT TŞ-nin daimi üzvi olan və Minsk Qrupunda yer alan məlum dövlətlərin elə BMT TŞ-nin zamanında münaqişənin həllinə təsir göstərə biləcək məlum qətnamələrinin icrası istiqamətində qərar qəbul etmək, işğalçı dövlətə münasibətdə beynəlxalq hüququn nəzərdə tutduğu məlum tədbirləri görmək istəməmələri olmuşdur. İkili standartlar, xristian təəssübkeşliyi, bölgədəki geopolitik maraqların üst üstə düşməməsi münaqişənin uzanmasının, danışıqların məhz danışıqlar naminə aparılmasının əsas səbəblərindən olmuşdur. Azərbaycan ordusu öz ali baş komandanı ilə birgə BMT TŞ-nin məlum münaqişə ilə bağlı qətnamələrinin icrasını öz üzərinə götürüb həll etdikdən sonra belə məlum bəlli dairələr bölgədəki yeni geosiyasi reallıqları görməzdən gələrək bu reallıqları dəyişmək, məğlub erməni tərəfinin küskünlüyünə yol verməmək uçun məsuliyyətsiz bəyanat və açıqlamalar verirlər, Rusiya MN-nin Qarabağda yaşanan məlum gərginliklə bağlı verdiyi sonuncu bəyanat da bu baxımdan istisna təşkil etməyib”.

E.Manafov onu da bildirdi ki, Azərbaycanı 2020-ci ilin noyabr razılaşmalarının şərtlərini pozmaqda ittiham edən tərəf olaraq Rusiya nədənsə bu razılığın məhz onun moderatorluğu ilə əldə edildiyini unudur və eyni zamanda vasitəçi tərəf, habelə bölgəyə öz hərbi kontingentini sülhməramlılar adi altında yeridən dövlət olaraq Moskva razılaşmasının məlum şərtlərinin yerinə yetirilməsi uçun məsuliyyət daşıyan tərəflərdən olduğunu unudur: “Rusiya unudur ki, indiyədək Azərbaycana aid olan Qarabağ torpaqlarından işğalçı Ermənistan dövlətinin hərbi qüvvələrin çıxarılmamasına görə məsuliyyət daşıyır, zira öhdəlik götürən tərəf olaraq. Halbuki Azərbaycanla münasibətlərin müttəfiqlik müstəvisi üzərinə çıxarmaqla Rusiya müttəfiq dövlət olaraq Azərbaycanın ərazi bütövlüyünə hörmət edəcəyi, onun daxili işlərinə qarışmayacağı, terrorizm və separatizmə qarşı ölkəmizlə birgə mübarizə aparacağı ilə öhdəliklər götürmüşdür. Görünən odur ki, Qarabağ probleminin perspektiv həllinə münasibətdə Rusiya prezidenti, ali baş komandan V.Putinin mövqeyi ilə Rusiya MN-nin mövqeləri arasında kəskin fərq və təzadlar mövcuddur. Azərbaycan müasir dövrün qlobal çağırışlarından birinə tək qütblü, yoxsa çox qütblü dünyanın yanında olması ilə bağlı məsələyə Rusiya ilə münasibətləri müttəfiqlik müstəvisi üzərinə çıxarmaqla qəti və birmənalı cavab vermiş oldu. Ukraynadan fərqli olaraq öz milli təhlükəsizliyini Rusiyanın Təhlükəsizlik maraqlarını təhdid etməməklə bağlı mövqe sərgilədiyindən Rusiyada da bu məsələdə adekvat və həm də müttəfiqi elan etmiş dövlətin suveren və Təhlükəsizlik maraqlarına cavab verən və bu maraqlar əsla təhdid etməyən mövqe sərgiləməyə borcludur, əks halda Rusiya Azərbaycan dövləti və xalqının etibarını itirə bilərik ki, Hazırda Ukraynada Rusiya və Qərb arasında yaşanan və getdikcə yüksələn gərginlik şəraitində bu tendensiya əsla Rusiya maraqlarına cavab verməyəcək və bölgədə onun nüfuzuna xələl gətirərək məlum qlobal maliyyə mərkəzlərinin maraqlarına cavab verəcək geopolitik durumun formalaşmasına təsir göstərə bilər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə