DTX Heydər Əliyev irsini layiqincə davam etdirir - ŞƏRH EDİLDİ

DTX Heydər Əliyev irsini layiqincə davam etdirir - ŞƏRH EDİLDİ

"Azərbaycan Təhlükəsizlik Xidmətinin dövlətçiliyimizdə, müstəqilliyimizin qorunmasında böyük xidmətləri var". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, təhlükəsizlik xidməti orqanlarında vaxtilə Ulu Öndər Heydər Əliyev çalışıb və Azərbaycan xalqının milli maraqlarının qorunmasında çox böyük fəaliyyət göstərib: "Təhlükəsizlik orqanlarında Heydər Əliyev məktəbinin yetirmələri sonradan bir çox sahələrdə, o cümlədən döyüşlərdə böyük fəaliyyət göstəriblər. Bu gün Dövlət Təhlükəsizlik Xidməti Heydər Əliyev irsini layiqincə davam etdirir. Bu təşkilat bu gün dövlətçiliyimizin təhlükəsizliyinin qorunmasında vacib işlər görür. Onun fəaliyyəti ölkəmizə qarşı olan təhdidlərin qarşısını almağa kömək edir.

Narkomaniya, qaçaqmalçılıq, Azərbaycan ərazisindən tranzit ərazi kimi istifadə edilməsinin qarşısının alınmasında böyük işlər görülür. Təhlükəsizlik orqanları Azərbaycan cəmiyyətinin sözün əsl mənasında təhlükəsizliyini təmin edən vacib dövlət orqanlarından biridir. Bu gün təhlükəsizlik orqanlarının fəaliyyəti ilə qürur duyuruq. Bundan sonra da onların fəaliyyətinin dövlətçiliyimizə fayda verəcəyinə inanırıq".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə