Rusiya-Ukrayna münasibətlərində əsas məsələ atəşkəsin əldə olunmasıdır - POLİTOLOQ AÇIQLADI
“Rusiya-Ukrayna münasibətlərində əsas məsələ atəşkəsin əldə olunmasıdır. Hər iki tərəf üçün atəşkəs vacibdir. Lakin atəşkəsin şərtləri hələ ki bilinmir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, əsas şərt isə ilkin mərhələdə tərəflərin öz mövqelərində qalması olmalıdır: “Sonrakı mərhələdə artıq Rusiya tərəfi qoşunları geri çəkə, Ukrayna tərəfi də son vaxtlar Qərbdən alınan silahları geri qaytara bilər. Bütün bunlar Rusiyanın Ukraynaya hücum etməyəcəyi və Ukraynanın da neytral statusunda qalacağı, yəni NATO-ya qoşulmayacağı şərti ilə baş tuta bilər.
Hər halda razılaşma bunlarla bağlı ola bilər. Hər növbəti müharibə günü xeyli itki ilə nəticələnir, qaçqınların sayı artır və humanitar böhran daha da dərinləşir. Bu, insaniyyətdən uzaq bir məsələdir. Ona görə də ilk və əsas məsələ humanitar problemləri həll etmək olmalıdır”.
Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB