Prezidentin Suqovuşana səfər etməsi siyasi yükə malikdir - DEPUTAT ŞƏRH ETDİ
“Ötən gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Tərtər rayonunun Suqovuşan qəsəbəsinə səfər etməsi, işğaldan azad olunmuş bu torpaqlarda bayram tonqalını alovlandırması mənəvi əhəmiyyətə və siyasi yükə malikdir. Dövlət başçısı yeni infrastruktur obyektlərinin açılışını etmək, habelə təməlini qoymaqla bir daha göstərmiş oldu ki, biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, ermənilər 30 ilə yaxın Qarabağ və Şərqi Zəngəzuru işğalda saxlamışdı: “Sovet dövründə yaradılan infrastruktur və bir də bəzi səfalı güşələrdə erməni milyonçuların tikdiyi bir neçə villa istisna olmaqla 30 ildə bu ərazilərdə daş üstünə daş qoyulmayıb. Nəinki nəsə qurulub yaradılmayıb, əksinə o cənnətməkan güşələrimiz xarabazara çevrilib. Erməni niyə qurub yaratmırdı? Çünki bilirdi ki, bu torpaqların əsl sahibləri nə vaxtsa qayıdacaq. Belə də oldu, bu gün torpaqların əsl sahibi qayıdıb, xalq öz ata-baba yurdunu cənab İlham Əliyevin müzəffər komandanlığı altında azad etdiyi kimi cənab Prezidentin və Mehriban xanımın rəhbərliyi altında da quruculuq bərpa prosesinə başlayıb.
Quruculuq bərpa nə zaman olur? O zaman olur ki, xalq dövlət bu torpaqlarda əbədi qalacağına, buna gücü, imkanı yetdiyinə əmin olsun. Bayram günləri də ölkənin birinci ailəsinin bayramı Suqovuşanda qeyd etməsi də məhz bu əminliyin ifadəsidir. Qəsəbədə açılışı edilən hərbi hissə isə strateji hərbi məqsədlərlə yanaşı, həm də daima düşmənə dəmir yumruğun yerində olduğunu xatırladacaq”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB