Prezidentin səfəri Gürcüstan KİV-lərinin diqqət mərkəzindədir - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tərtər rayonunun Suqovuşan qəsəbəsinə səfəri Gürcüstan KİV-lərinin diqqət mərkəzindədir. SİA xəbər verir ki, “24news.ge”, “interpress.ge” və “aktual.ge” informasiya portalları Prezident İlham Əliyevin səfəri barədə materiallar yayıblar. AZƏRTAC-a istinadla yayılan materiallarda Prezident İlham Əliyevin Azərbaycanın bundan sonra da sürətli inkişafı üçün var gücü ilə çalışacağı, məcburi köçkünlərin işğaldan azad edilmiş torpaqlarına qayıdacağı, eləcə də xalqımızın Qarabağa və Zəngəzura daimi qayıtması barədə söylədiyi qətiyyətli fikirləri öz əksini tapıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB