Mehdi Balabəyov: “İdman sahəsində qazanılan hər bir qələbə növbəti zəfərlərə doğru ruhlandırır” MÜNASİBƏT

Mehdi Balabəyov: “İdman sahəsində qazanılan hər bir qələbə növbəti zəfərlərə doğru ruhlandırır” MÜNASİBƏT

Mehdi Balabəyov: “İdman sahəsində qazanılan hər bir qələbə növbəti zəfərlərə doğru ruhlandırır”

“Ölkəmizdə davam edən sürətli inkişaf və tərəqqi prosesi bütün sahələri əhatə edir, cümlədən idman sahəsini. Bütövlükdə isə müstəqil və mütərəqqi Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti, milli-ideoloji istiqamətdə müəyyən etdiyi strategiyası son 18 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu uğurların timsalında qazanılan idman nailiyyətlərimiz, bayrağımızın dünyanın mötəbər idman turnirlərində - Olimpiadalarda, Avropa və Dünya çempionatlarında, Universiadalarda və s. tədbirlərdə qalib bayrağı olaraq dalğalandırılması sübut edir ki, Azərbaycan zəfər və qələbələr ölkəsidir və bu ölkənin gənclərinin hər biri qələbəyə ruhlanan övladlarımızdırlar”. Bu fikirləri YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov Prezident İlham Əliyevin Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını martın 17-də qəbul edərkən çıxışında ölkə idmanının keçdiyi inkişaf yolunun, hazırkı dövrdə qarşıda dayanan vəzifələrin ümumi mənzərəsini təqdim etməsi ilə bağlı çıxışını şərh edərkən deyib.

Onun sözlərinə görə, artıq idman da bir siyasət meydanıdır və ilk növbədə əldə edilən qalibiyyətlər Azərbaycanın beynəlxalq nüfuzuna kifayət qədər böyük və müsbət təsirlərini göstərməkdədir. Bu xüsusda isə Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimizin ölkəmizi ləyaqətlə təmsil edərək 16 medal qazanmaları, eyni zamanda 7-sinin qızıl medal əldə etmələri qeyd edilən fikirləri kifayət qədər ehtiva etməkdədir: “Söz yox ki, qazanılan hər bir qələbə Azərbaycanın Dövlət Himnimizin səsləndirilməsi, üçrəngli bayrağımızın yüksəklərə qaldırılması ilə sübuta yetirilir və ilk növbədə ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirir. Bu qələbələr gənclərimizdə qürur yaratmaqla yanaşı, Azərbaycanı yüksək səviyyədə təmsil etdikləri üçün məsuliyyət hisslərinin daha da artırılmasına təkan verir”.

Mehdi Balabəyov onu da qeyd edib ki, Prezident İlham Əliyevin qeyd olunan görüşdə vurğuladığı kimi, əgər beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında ölkələrin reytinqlərinə nəzər salsaq adətən inkişaf etmiş ölkələrin nümayəndələrinin daha böyük uğurlar qazandıqlarını görərik və ilk növbədə, bunu şərtləndirən əsas amil, əsas faktor məhz uğurlu, qalibiyyətə aparan dövlət siyasətidir: “Azərbaycanın 2015-ci ildə ev sahibliyi etdiyi ilk Avropa Oyunlarında və 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında öz uğur sözünü dedi və digər ölkələrdə keçirilən yarışlarda da qalibiyyətə layiq oduğunu əməli qaydada sübuta yetirir”.

YAP Şabran rayon təşkilatının sədri qeyd edib ki, ölkəmizdə keçiriən böyük idman yarışları da isbat edir ki, siyasi, iqtisadi sahədə uğurlar qazanan Azərbaycan böyük imkanlara malik olan ölkədir və bütün sahələr üzrə ən mötəbər beynəlxalq yarışları keçirməyə qadirdir: “Regionların inkişafına dair Dövlət proqramları çərçivəsində Azərbaycanın hər bölgəsində müasir Olimpiya İdman kompleksləri tikilib istifadəyə verilib. 50-yə yaxın belə kompleks inşa edilərək idmançılarımızın, gənclərimizin istifadəsinə təqdim olunub. Beləliklə, ölkəmizin imkanları, nəhəng idman infrastrukturunun mövcudluğu sayəsində biz bütün istənilən idman yarışını keçirə bilərik”.

“Bu gün Azərbaycan idmançıları yarışlara qalib ölkənin təmsilçiləri kimi qatılırlar”, deyən Mehdi Balabəyov əlavə edib ki, idmançılarımızın qalibiyyətləri tarixi Zəfərimizlə birlikdə daha böyük sevinc hissi bəxş edir. Əbəs deyil ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Avropa çempionatının iştirakçıları ilə görüşündə bir daha tarixi Zəfərimizdə gənclərin vətənpərvərlik hissinin, torpaq sevgisinin əsas olduğunu vurguladı və qeyd etdi ki, güclü Ordumuz, texnikamız, silahlarımız, sursatlarımız var. Amma Qələbəmizi şərtləndirən döyüşçülərin əzmkarlığı, Vətənə olan bağlılığı idi. Bu da vətənpərvərlikdən irəli gəlir.

YAP Şabran rayon təşkilatının sədri sonda vurğulayıb ki, dövlət başçımızın vurğuladığı bu fikirlər uğurlarımızın tarixi Zəfərimizdən doğan növbəti qələbələrmizin müjdəçisidir və eyni zamanda, gücümüzün, qüdrətimizin bariz nümayişidir.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə