Rusiyanın Ukraynadakı uğursuzluqlarının səbəbləri nədədir? ŞƏRH

Rusiyanın Ukraynadakı uğursuzluqlarının səbəbləri nədədir? ŞƏRH

Rus səhra komandiri Rusiyanın səhvlərindən danışdı

Rusiyanın səhra komandiri Iqor Sterlkov Ukraynadakı hərbi əməliyyatlardakı uğurusuzluqlarını etiraf edərək onun səbəblərini izah edib. Belə ki, Rusiya ordusunun Ukraynaya beş taktiki istiqanmətlərdən sərt hücuma başlamasının dalana dirənməsinin hansı səhvləri üzündən baş verdiyini deyən Strelkova görə, sözügedən istiqamətlərinin heç birində Ukrayna silahlı qüvvələrinə məxsus iri birləşmələr nə mühasirəyə alına bilindi, nə də onlara qarşı istənilən əməliyyat nəticələri əldə olunmadı.

Rusiya ordusunun canlı qüvvə baxımından üstün olmasına rəğmən, hərbi hissələrinin və birləşmələrinin təminatları yetərli olmayıb

Xerson şəhərinin rus ordusu tərəfindən ələ keçirilməsi məsələsinə toxunan Strelkov bunu ukraynalıların taktiki geri çəkilməsi və bu şəhərdə hərbi qarnizonun olmaması ilə əlaqələndirib. Onun sözlərinə görə, məhz Xerson şəhəri faktiki olaraq döyüşsüz təhvil verilib. Lakin digər istiqamətlərdəki uğursuzluqlar Rusiya ordusunun canlı qüvvə baxımından üstün olmasına rəğmən, hərbi hissələrinin və birləşmələrinin təminatları yetərli olmayıb.

“Mən anlamıram ki, operativ vəziyyəti anlamadan, müəyyən etmədən bu qədər iri miqyaslı əməliyyat nəyə görə başlanıldı. Ya qarşı tərəfin gücü doğru qiymətləndirilməyib, ya da ümumiyyətlə, onların qüvvələrinə qiymət verilməyib”, deyən Strelkov rusların bu məsələdə də nə qədər böyük səhvlərə yol verdiyini etiraf edib.

Yanukoviç-Koçaryan müqayisəsi?

“Ukrayna ordusu komandanlığımızın gözləntilərinin əksinə olaraq sərt müqavimət göstərdi”, deyən səhra komandirinə görə, Rusiya komandanlığı hesab edirdi ki, ukraynalıların ordusu 2014-cü ildə olduğu kimi silahı yerdə qoyacaq, ona görə də müdaxilə edərkən Ukrayna silahlı qüvvələrinin toplaşdıqları iri birləşmələrinə hücumlar edilmədi. “Nəticədə onlar yenidən qruplaşaraq təşkilatlandırdılar və döyüşə girdilər”, deyə Strelkov bildirib.

O, həmçinin Ukraynanın maydana qədərki rəhbərliyinin hakimiyyətə gətirilmə cəhdlərini də fatal səhv kimi qiymətnlədirib. Onun sözlərinə görə, prezident Yanukoviçi nə Donbasda, nə də Krımda sevmirdilər.

Lakin ən maraqlısı, Strelkovun televiziya vasitəsi ilə çıxışı zamanı aparıcı Rusiyanın Ermənistanın sabiq prezidenti Robert Koçaryanı yenidən hakimiyyətə gətirməsi istiqamətindəki uğursuz cəhdlərini xatırladıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə