"Azərbaycan-Türkiyə memorandumunun əhəmiyyəti böyükdür" - POLİTOLOQ ŞƏRH ETDİ
“Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə əməkdaşlıq çoxvektorludur. Enerji sektorunda əməkdaşlıq isə iki ölkə arasında iqtisadi əlaqələrin mühüm qolunu təşkil edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Onun sözlərinə görə, indiyədək Azərbaycan və Türkiyənin birgə səyləri sayəsində bir neçə nəql marşrutunun yaradılması da iki ölkə arasında enerji sektorunda fəal əməkdaşlığın göstəricisidir: “Xəzər və Qara dənizləri birləşdirən Bakı-Supsa neft kəməri, Bakı-Tbilisi-Ceyhan kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP), Trans Adriatik Qaz Boru Kəməri (TAP) kimi layihələrin hər biri iki qardaş ölkə arasında olan bağları daha da möhkəmləndirməkə yanaşı həm də hər iki ölkənin iqtisadi mənffət etməsi üçün real imkanlar yaradıb. 2021-ci ilin əvvəlindən başlayaraq Xəzərin Azərbaycan sektorundan çıxardılan “mavi yanacaq” Türkiyədən keçməklə Avropa ölkələrinə çatdırılır. Ötən dövrdə İtaliya, Yunanıstan və Bolqarıstan 7,2 milyard kubmetr həcmində Azərbaycan qazı ilə təchiz olunub. Bu il bu rəqəm 9 milyard, 2023-cü ildə isə ən azı 11 milyard kubmetrə çatdırılacaq. Təkcə 2018-21-ci illər arasında qardaş Türkiyəyə TANAP-la 13,6 milyard kubmetr təbii qaz nəql olunub. Ümumiyyətlə isə Türkiyənin qaz bazarına 2007-ci ildən indiyə kimi “Şahdəniz” yatağından 85 milyard kubmetrdən çox təbii qaz ötürülüb. Haqqında danışdığımız qaz anlaşması ilə bağlı Memorandum isə keçən il dekabrın 22-də Bakıda Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu zamanı imzalanıb. Həmin sənəd bu ilin yanvar ayının 10-da Türkiyə prezidenti R.T.Ərdoğan tərəfindən təsdiq edilmişdi, dünən isə Azərbaycan Prezidenti də müvafiq sənədi təsdiq edib. Təsdiq edilmiş sənədə əsasən Türkiyə 2024-cü il dekabrın 31-ə qədər hər il Azərbaycandan aldığı qazın 1,7 milyard kubmetrə qədər hissəini SOCAR Turkey Petrokimya AŞ –yə satacaq. Yəni başqa sözlə Türkiyənin dövlət şirkəti olan BOTAŞ SOCAR Türkiye Enerji"nin neft-kimya qolu olan "SOCAR Turkey Petrokimya" AŞ-yə ildə 1,7 mlrd. kubmetr qaz tədarük edəcək. Qeyd olunan həcmlər "SOCAR Türkiye Enerji"nin ehtiyaclarının ödənilməsinə yönəldiləcək.
Bundan əlavə, sənədə görə, tərəflər mövcud qaz boru kəmərlərinin, o cümlədən Bakı-Tbilisi-Ərzurum və Trans-Anadolu Təbii Qaz boru kəmərlərinin mövcud texniki imkanlarından maksimum istifadə etmək üçün Azərbaycandakı hasilat layihələri üzrə hasil olunacaq və ya Azərbaycan vasitəsilə nəql olunacaq əlavə təbii qaz həcmlərinin ötürülməsi üçün səylərin artırılması nəzərdə tutulub. Sənəddə bu xüsusda Türkiyə tərəfinin bu növ təbii qaz həcmlərinin Türkiyənin təbii qaz bazarı daxilində ticarəti üçün bütün zəruri dəstəyi verəcəyi də öz əksini tapıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB