YAP Binəqədi rayon təşkilatında gənclərlə görüş keçirilib FOTOLAR
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılovun və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamovun rayonun gəncləri ilə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov gəncləri salamlayıraq, xalqımızı qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib. Xalqımızın zəngin adət-ənənələrindən geniş söhbət açaraq Novruz bayramının tarixi və fəlsəfi əhəmiyyəti haqqında ətraflı danışıb. V.İsmayılov Azərbaycan gənclərinin hərtərəfli inkişafı və fəallığının daha da artırılması, dünyada dövlətimizi və xalqımızı layiqincə təmsil etmələri üçün dövlət siyasətinin uğurla həyata keçirilməsindən bəhs edib. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan və uğurla icra olunan dövlət gənclər siyasətinin bu gün dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirildiyini diqqətə çatdırıb. Bu sahənin inkişafının daim diqqətdə saxlanılması üçün ölkəmizdə icra olunan dövlət proqramları haqqında ətraflı danışaraq. onların uğurlu və məqsədyönlü nəticələrindən söhbət açıb. Gənclərin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən islahatlardan ətraflı danışaraq, onların müxtəlif sahələrdə öz bilik və bacarıqlarına uyğun işlə təmin edilməsi və cəmiyyətdə layiqli təmsil olunması üçün çoxsaylı dövlət proqramlarının icra olunmasını nəzərə çatdırıb. Xüsusilə, gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə bir sıra idman komplekslərinin inşası, onların faydalı məşğulluğa cəlb edilməsi mühüm prioritet istiqamətlərdən biri kimi uğurla reallaşdırılır. Xaricdə dövlət hesabına təhsil alan gənclərimizin sayının günbəgün artdığını, onların beynəlxalq səviyyədə fəal təmsilçiliyinə şəraitin yaradılması, dövlətimiz və xalqımız üçün layiqli vətəndaşlar və kadrlar olaraq yetişmələri istiqamətində görülən işlərin mühüm əhəmiyyət daşıdığını bildirib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın simasında gənclərimizin ölkə həqiqətlərimizin dünyaya tanıdılması üçün fəal rol oynadıqlarını, yüksək təşəbbüskarlıq nümayiş etdirdiklərini qürurla vurğulayıb. Yeni Azərbaycan Partiyasının gənclərinin ölkəmizin ictimai-siyasi həyatındakı fəal rolundan danışan V.İsmayılov, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Görüşdə çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov gəncləri salamlayaraq, partiyanın Gənclər Birliyi tərəfindən həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Partiya gənclərinin ictimai-siyasi fəallığından danışan Bəxtiyar İslamov onların daha da savadlı, dünyagörüşlü, yüksək intellektual səviyyəli, fəal gənclər olaraq yetişmələri üçün görülən işlərin bundan sonra davam etdiriləcəyini diqqətə çatdırıb. Gənclər birliyinin beynəlxalq əməkdaşlığa yüksək əhəmiyyət verdiyini bildirərək, bir sıra ölkələrin iqtidar partiyalarının gənclər birlikləri ilə edilən qarşılıqlı səfərlər və keçirilən görüşlərin gənclərin inkişafına önəmli töhfə olduğunu açıqlayıb. Gənclər Birliyinin sədrinin sözlərinə görə Cənubi Qafqaz regionunun ən mütəşəkkil və böyük siyasi partiyası olaraq Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvlərinin fəaliyyətinin hər zaman örnək olduğunu və gənclərimizin gələcək fəaliyyətlərində daim Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq qalaraq əzmlə və səylə çalışacaqlarına əminliyini ifadə edib. Gənclərə uğurlar arzulayıb.
Sonda YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov gəncləri maraqlandıran sualları cavablandıraraq vurğulayıb ki, gənc perspektivli kadrların partiya sıralarına qatılması, qarşılıqlı təcrübə mübadiləsinin aparılması ilə əlaqədar mühüm konsepsiyalar hazırlanır. Onun sözlərinə görə bu gün Azərbaycan gəncliyi istər ölkə daxilində, istərsə də xaricdə vətəndaş mövqeyini fəal şəkildə ortaya qoya bilir. Bu baxımdan, gənclərimiz beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətini operativ və səmərəli təşkil etmək üçün qarşısına təxirəsalınmaz məqsəd və hədəflər qoyub. Eyni zamanda, ölkənin digər siyasi partiyalarında təmsil olunan gənclərlə siyasi dialoqların təşkil olunması, digər qurumların könüllü təşkilatları ilə əlaqələrin daha da inkişaf etdirilməsi qarşıda duran vacib məsələlərdən biridir. YAP Gənclər Birliyinin fəaliyyətinin təkmilləşdirilməsi və çoxşaxəli olması üçün gənclərin yerlərdə şəbəkələşməsi üçün xüsusi mexanizmlər işlənib hazırlanır. Bəxtiyar İslamov partiyanın VII qurultayında qəbul edilən qərarlar və struktur dəyişiklikləri barədə gənclərə geniş məlumat verib. Gənclərlə geniş fikir mübadiləsi aparılıb, təklifləri dinlənilib.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB