Azərbaycanlı vəkil Aygün Əliyeva İslamabad Ali Məhkəməsi Vəkillər Kollegiyasının fəxri üzvlüyünü alan ilk vəkil oldu.
SİA-nın əldə etdiyi məlumata görə, mükafatlandırma mərasimi Pakistanın paytaxtı İslamabadda İslamabad Ali Məhkəməsi Vəkillər Kollegiyasının mərkəzi ofisində keçirilib.
Kollegiyanın yeni seçilmiş prezidenti cənab Şoaib Şahin (Shoaib Shaheen) vəkil Aygün Əliyevaya Fərqlənmə Sertifikatını təqdim edib.
Çox sayda yüksək səviyyəli hüquqşünasların iştirak etdiyi mərasimdən sonra Pakistan federal hüquq və ədliyyə naziri Farox Nəsim (Farogh Naseem), daha sonra Azərbaycan Respublikasının Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov A.Əliyevanı qəbul edib və ona fəaliyyətinə görə təşəkkürlərini çatdırıblar.
Qeyd edək ki, Aygün Əliyeva həm Azərbaycan Vəkillər Kollegiyası, həm İstanbul 2 Saylı Vəkillər Kollegiyası, həm də Beynəlxalq Hüquq Komissiyasının sədridir. İstanbul mərkəzli “Era360 Business Consultancy” firmasının həmtəsisçisi olan A.Əliyeva hüquq sahəsində beynəlxalq fəaliyyətləri nəticəsində bu fəxri üzvlüyə layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB