Ermənistan kafeləri kriminal razborkalar meydanına çevrilib CİNAYƏTKARLIQ
Hökumət və güc strukturları isə baş alıb gedən kriminogen vəziyyətlə mübarizədə aciz qalıblar
Postsovet ölkələri arasında ən kriminogen respublikalardan birinin də Ermənistan olduğu kimsəyə sirr deyil. Belə ki, hətta ərazisinin kifayət qədər kiçik olmasına baxmayaraq, bu ölkədə cərəyan edən cinayətkar aləmi hətta hakimiyyət orqanlarının ən yüksək pillələrinə qədər yetişməyi bacarırlar.
SİA xəbər verir ki, növbəti qanlı hadisənin baş verməsi də əslində siyasi-iqtisadi böhranlar içində çabalayan Ermənistanın daha bir problemdən - kütləvi cinayətkarlıq faktorlarından yaxasını qurtara bilmədiyini bariz şəkildə nümayiş etdirməkdədir. Bununla bağlı Shamshyan saytında gedən məlumatdan da nəticələr çıxarmaq mümkündür. Belə ki, adıçəkilən saytın məlumatına görə, Ermənistanın Kotayk rayonunun “Nor tun” kafesində kriminal razborka yaşanıb və yaralananlar var. Və maraqlıdır ki, belə bir hadisə daha əvvəl də həmin yerdə baş verib.
“Martın 15-də, saat 19:00 radələrində “Sevan” səhiyyə mərkəzindən polis şöbəsinə siqnal verilib ki, onlara başının zədələnməsi və güllə yarası almış bir kişi gətiriblər. Polislər müəyyən ediblər ki, xəsarət alan şəxs 37 yaşlı Aqram Manukyandır. O, İrəvan-Sevan yolunun 39-cu kilometrliyində yerləşən “Nor tun” kafesində yaralanıb”, deyə məlumatda bildirilir.
Lakin polislər baş verən hadisəni yeri araşdırmağa başlayarkən, saat 00:40 radələərində bu dəfə “Razdan” səhiyyə mərkəzindən siqnal gəlib ki, onlara güllə və bıçaq yaraları almış kişi gətiriblər. Yaralanan şəxs 28 yaşlı Norayr Sarkisyandır. Və bu şəxs də həmin kafedə yaralanıb.
Qeyd edək ki, son vaxtlar paytaxt İrəvan da daxil olmaqla Ermənistanın bir sıra şəhərlərinin iaşə obyektləri quldur və oğruların razborka məkanlarına çevrilib. Hökumət və güc strukturları isə baş alıb gedən kriminogen vəziyyətlə mübarizədə aciz qalıblar.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB