Müharibəni dayanmaq üçün cəhdlər edilir - POLİTOLOQ ŞƏRH ETDİ

Müharibəni dayanmaq üçün cəhdlər edilir - POLİTOLOQ ŞƏRH ETDİ

“Ümumiyyətlə, Rusiya-Ukrayna qarşıdurmasında düşünmürəm ki, tərəflərdən hansısa birinin xeyrinə baş verəcək bir üstünlük olsun”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, bu gərginliyin silahlı münaqişə həddinə çatmağında hər iki dövlətin siyasi qərarda verdiyi səhvlər mühim rol oynayır: “Bütövlükdə görünür ki, silahlı qarşıdurmanın dayanmağı ilə bağlı cəhdlər edilir. Hər iki prezident arasında danışıqlar davam edir. Artıq Ukrayna-Rusiyanın nümayəndələri arasında demək olar ki, hər gün danışıqlar gedir. Eyni zamanda xarici işlər nazirləri Türkiyədəki Antalya Diplomatik Forumunda görüş keçirilib. Bu görüş nəticəsində bu cür görüşlərin davamlı olacağına dair bir mesaj verdilər. Ukrayna və Rusiya liderlərinin görüşü də planlaşdırılır. Bu baxımdan düşünürəm ki, bu hadisələr hər iki tərəfin xeyrinə hansısa bir məntiqi olacağını düşünmürəm. Bu silahlı qarşıdurmaya başlayarkən prosesin öz xeyrinə həll olunacağını düşünən amma görünür ki, Rusiya tətbiq edilən iqtisadi və siyasi sanksiyalar əslində Rusiyanın proqnozlaşdırdığı və gözlədiyindən daha çoxdur. Əlbəttə ki, bu da proseslərlə bağlı məntiqi yekun analizi etməyi çətinləşdirir . Bütövlükdə düşünürəm ki, hələ ki, tam olaraq Rusiya-Ukrayna arasında qlobal mənada geniş mənalı barışığın əldə edilməsi qeyri-mümkündür. Çünki Rusiyanın Ukraynadan tələb etdiyi Krımın Rusiya ərazisi kimi tanınması faktını Ukrayna qəbul edəcək kimi görünmür. Bütövlükdə bu prosesin həll olunması indiki danışıqlar fonunda yekunlaşacaq kimi də görünmür. Düşünürəm ki, danışıqlar hələ bir müddət davam edəcək. Ola bilsin ki, bu qarşdurma may ayının əvvəlləri və ya ortalarına doğru sona yetsin” .

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə