Xurşidbanu Natəvan ədəbiyyatımızın görkəmli simalarından biridir - MİLLƏT VƏKİLİ MÜNASİBƏT BİLDİRDİ
“Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatında görkəmli simalardan biridir. Eyni zamanda onun Azərbaycan dövlətçiliyinin və azərbaycançılığın təbliğatında, qorunmasında əvəsiz xidmətləri olmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, cənab Prezident İlham Əliyev tərfindən Xurşidbanu Natəvanın 190 illik yubleyinin keçirilməsi ilə bağlı sərəncamı tarixi şəxsiyyətlərimizə verilən yüksək qiymətdir: “Bu sərəncamla bir daha cəmiyyətimiz ictimai fikrin və poezyamıza inkişafında Xurşidbanu Natəvanın verdiyi tövhələrdən xəbərdar olacaq. Xurşidbanu Natəvan tək Azərbaycan milli fikrinə deyil, ümumilikdə dünya ədəbiyyatına böyük tövhələr vermişdir. Cənab Prezidentin vaxtaşırı Azərbaycanın görkəmli şəxslərinin yubleylərinin keçirilməsi ilə bağlı verdiyi sərəncamlar milli dəyərlərimizin qorunub-saxlanılmasında və tariximizin unudulmamasında, gənc nəslimizin ədəbiyyat nümunələrimizlə tanış olmasında mühüm rol oynayır. İnanıram ki, bu yubley tək bir tədbirlə deyil, ölkəmizin müxtəlif bölgələrində bir çox səviyyədə keçiriləcək. Bununla biz Xurşidbanu Natəvanın şəxsiyyətinə olan hörmətimizi və sevgimizi bir daha sübut etmiş olacayıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB