YAP Şirvan şəhər ərazi partiya təşkilatlarında hesabat yığıncaqları davam edir
YAP Şirvan şəhər təşkilatının ərazi partiya təşkilatlarının geniş hesabat yığıncaqları davam edir. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, növbəti hesabat yığıncaqı Cənub İstilik Elektrik Stansiyasında keçirilib.
Hesabat yığıncaqında YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov iştirak edib. Yığıncaqın gündəliyinə 2 məsələ daxil edilib. Partiyanın VI qurultayından bu günə qədər görülən işlər və yeni heyətin seçilməsi.
Hesabat məruzəsi ilə çıxış edən ərazi partiya təşkilatının sədri Elyar Quliyev görülən işlərdən geniş bəhs edərək məlumat verib. Məruzə ətrafında çıxışlar dinlənilib və görülən işlər müsbət qiymətləndirilib.
E.Quliyev ərazi partiya təşkilatına sədr vəzifəsinə Arzu Əhmədovanı, sədr müavini vəzifəsinə isə Rafiq Abdullayevin namizədliyini irəli sürüb. Təklif səsə qoyulub və yekdilliklə qəbul olunub.
YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov çıxış edərək Elyar Quliyevin gördüyü işlərə, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirdiyi üçün minnətdarlığını bildirib. Zahir Qəhrəmanov ərazi təşkilatına yeni seçilən sədr və müavinə işlərində uğurlar arzu edərək Yeni Azərbaycan Partiyasının sədri, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin hər bir partiya üzvünün qarşısına qoyduğu vəzifənin məsuliyyətini dərk edib aparılan dövlət siyasətinin uğurlarını düzgün aşlanılmasını, ölkəmizin dünya dövlətləri sırasında nüfuzunun günbəgün artmasından, sabitliyimizin, əminamanlığımızın qorunaraq xalqımızın rifahının yüksəlməsindən geniş bəhs edib.
"Partiyamızın əbədiyaşar sədri, Ümummilli Liderimiz Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan dövlətinin çiçəklənməsi, qüdrətlənməsi Prezident İlham Əliyevin uzaqgörən və gərgin əməyinin nəticəsidir", deyən Zahir Qəhrəmanov hər bir YAP üzvünə işlərində uğurlar arzulayıb bundan sonrada əzmlə çalışmaqlarını diqqətə çatdırıb.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB