Azərbaycan və Ermənistan arasındakı münasibətlər barədə Ermənistan xarici işlər naziri A.Mirzoyan danışıb

Azərbaycan və Ermənistan arasındakı münasibətlər barədə Ermənistan xarici işlər naziri A.Mirzoyan danışıb

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı Azərbaycanın mövqeyi aydın və ardıcıldır. Biz, dəfələrlə bildirdiyimiz mövqeyi yenidən təkrar etməyə lüzum görmürük. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan münaqişə sonrası iki ölkə arasında münasibətlərin normallaşması və bölgədə sülh quruculuğu məsələlərinin vacibliyini nəzərə alaraq, bu xüsusda təkliflərini irəli sürüb və bu istiqamətdə irəliləməyə hazırdır.

Əgər Ermənistan da məsələyə ciddi şəkildə yanaşırsa, o zaman konkret təkliflərini təqdim etməli və beləliklə də, substantiv və nəticəyə yönəlik danışıqlara başlamağa hazır olduğunu nümayiş etdirməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə