Xankəndi və İrəvanda hava həyəcanı siqnalı! FOTOFAKT

Xankəndi və İrəvanda hava həyəcanı siqnalı! FOTOFAKT

Son günlər Rusiya sülhməramlıları kontingentinin Qarabağda müvəqqəti yerləşdikləri ərazilərdən maraqdoğurucu xəbərlər gəlməkdədir. SİA-nın əldə etdiyi məlumatına görə, separatçı qalıqlarının qaldıqları ərazilərdəki ermənilər arasında söhbət gəzir ki, Xankəndi şəhərində hava həyəcanı siqnalı ilə bağlı yoxlama sirena veriləcək. Artıq bu xəbərdən panikaya düşən əhalinin əksər hissəsi Laçın dəhlizinə və oradan da Ermənistana axın etmək qərarını verib. Hətta digər iddialara görə, təkcə son bir həftə ərzində həmin əraziləri 2100 nəfərdən çox insan tərk edib. Onlar gedişlərini belə şərh edirlər ki, separatçı qurumun imkanlı adamları artıq öz ailə və yaxınlarını Xankəndidən Ermənistana yollayıblar. Məhz bu faktı əllərində əsas tutan separatçı rejim təsirindəki ermənilər xüsusilə hava həyacanı siqnalı ilə bağlı məlumat alar-almaz özlərinin də təhlükəsizliklərini təmin etmək üüçün çıxış yolunu şəhərdən çıxmaqda görüblər.

Hava həyacanı siqnalının plan işi olması haqqında informasiya verilsə də...

Bununla bağlı vəziyyətin nəzarətdən çıxacağını görən qondarma qurumun "təhlükəsik xidməti" sözügedən məsələnin "şayiə" olduğunu bildirməklə Xankəndi və ətraf əraziləri tərk etmək qərarını verən insanların qarşısını almağa cəhd edirlər.

Və bu məlumat yayılar-yaılmaz artıq İrəvandan da bənzər xəbərlər gəldi.

Əldə etdiyimiz informasiyaya görə, İrəvanda hava həyacanı siqnalı veriləcək. Ermənilər bunu "əhalinin hava həyacanı halında reqlament yoxlanışı" kimi təqdim edirlər. Bildirilir ki, bununla bağlı İrəvanın rayonlarında konkret vaxtlar təyin edilib və icra orqanları məlumatlandırılıb. Lakin ən maraqlısı budur ki, hava həyacanı siqnalının plan işi olması haqqında informasiya verilsə də, əhalinin panikaya düşməməmələri, sui-qəsd teoriyalarına qapılmamaları, kütləvi miqrasiya qərarları verməməmələri də xahiş olunur.

Maraqlısı da budur ki, İrəvanda bu xəbər rəsmi şəkildə yayılsa da, RSK-nın müvəqqəti yerləşdiyi ərazilərimizdəki separatçı qalıqlar Xankəndidə də eyni siqnalların verilməsi məlumatını təsdiq etmirlər.

Artıq bu cür bir-birinə qarşı ziddiyyətlik yaradan məlumatlardan belə nəticə də hasil etmək olar ki, İrəvanla Xankəndi separatçıları arasında körpülər tamamilə yandırılmaq üzrədir. Ziddiyyətlər isə yalnız bununla başa çatmır.

Ermənistanın müdaifə nazirliyi ilə icma rəhbərliklərinin məlumatları ziddiyyət təşkil edir

Hətta Ermənistanın özündə belə yerli icra orqanları ilə dövlət qurumları arasında ciddi fikir ayrılıqları yaranmağa başlayıb. Misal üçün, Qərbi Zəngəzur vilayətinin Qafan icmasının rəhbərliyi bildirib ki, Azərbaycan Silahlı Qüvvələri guya 3-5 mart tarixləri aralığında tutduqları mövqelərindən 1 kilometr irəliləyərək düşərgə qurublar.

Bu barədə news.am-a “Nerkin Hand” kəndinin inzibati rəhbəri Xaçatur Baqdasaryan deyib, həmçinin bildirib ki, olayla bağlı Qafanın meri Gevork Parsyan da məlumatlıdır. “Azərbaycanın mövqelərindən kəndin qəbirstanlığı, içməli su mənbələri, həmçinin otlaq sahəsi görünür”, deyə bildirən Parsyan müdafiə nazirliyinə də məlumat verdiklərini deyib. Müdafiə nazirliyi isə bu məlumatı təkzib edib və qarşı tərəflərin yalan danışdığını bildirib.

Beləliklə, son günlər maraqlı hadisələr yaşanır və bu hadisələrin istər Ermənistanda, istərsə də RSK-nın müvəqqəti yerləşdikləri ərazilərimizdə baş verməsi, xüsusilə də hava həyacanı siqnalının yoxlanışdan keçirilməsi revanşçıların, separatçıların sonlarının çatması eyhamını vurmaqdadır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə