“Azərbaycan Ermənistana sülh danışıqları ilə bağlı 5 bənddən ibarət təkliflərini göndərib. Əslində bu 5 bəndin hər birisi Azərbaycanın pozulmuş beynəlxalq hüquqlarının və ədalətin bərpasına əsaslanmışdır”. Bunu “Səs” qəzetinə açıqlamasında millət vəkili Azər Badamov deyib.
Millət vəkilinin sözlərinə görə, Ermənistan da yaxşı bilir ki, Azərbaycanla masa arxasında oturanda ilk müzakirə olunacaq məsələ təqdim etdiyimiz təkliflərlə bağlı olacaqdır: “Çünki, Cənab Prezident dəfələrlə qeyd etmişdir ki, bir qarış torpağımız belə Ermənistana verilməyəcəkdir. Bu gün Ermənistan ərazisində anklav kəndlərimiz qalmışdır. Torpaqlarımızı işğal etdiyi 30 ildə Ermənistan həmin kəndlərimizdə heç bir iş görməyib. Ona görə görülməyib ki, ermənilər Azərbaycanın nə vaxtısa öz torpaqlarını işğaldan azad edəcəyini bilirdilər. Qarabağla bağlı isə qələbəmizdən sonra “Dağlıq Qarabağ” deyilən inzibati ərazi yoxdur, artıq Qarabağ iqtisadi rayonu yaratmışıq. Yəni, Azərbaycan öz konstitusion hüququndan istifadə edərək işğaldan azad olunmuş əraziləri iki iqtisadi rayonda birləşdirdi və “Dağlıq Qarabağ” ifadəsinə birdəfəlik leksiondan çıxartdı. Ermənistan isə təkliflərimizi qəbul etməlidir. Çünki, 10 noyabrda Ermənistan kapitulyasiya sənədinə imza atmaqla öz məğlubiyyətini etiraf edərək əlavə öhdəliklər götürmüşdür. Azərbaycan həmin öhdəlikləri Ermənistana onun istəyib istəməməyindən asılı olmayaraq icra etdirəcəkdir. Ermənistan bunu yaxşı bilir və gec tez bütün təkliflərimiz icra olunacaqdır. Ermənilər bilirlər ki, cənab Prezidentin səsləndirdiyi hər bir fikir real həyatda öz əksini tapır. Düşünürəm ki, Ermənistan tərəfindən təkliflərimizin qəbul etməsi sadəcə zamanım işidir. Ermənistan tərəfi nə qədər tez təkliflərimizə müsbət cavab verərək sülh müqaviləsinin imzalanmasına razılıqlarını bildirsələr, bu ilk növbədə onların özləri üçün vacib və əhəmiyyətlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB