YAP Ağcabədi rayon təşkilatının fəalları qaziləri ziyarət edib FOTOLAR

YAP Ağcabədi rayon təşkilatının fəalları qaziləri ziyarət edib FOTOLAR

YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov və rəhbərlik etdiyi kollektivin bir qrup üzvü Ağcabədi şəhər sakinləri, Vətən müharibəsində şücaətlə vuruşaraq yaralanmış qazi Məmməd Məmmədovun və Sadiq Şükürovun ailəsini ziyarət ediblər. Cəbrayılın və Qubadlının azad olunmasına görə medallarla təltif edilmiş Məmməd Məmmədovla görüşdə, qazinin həyat yoldaşı və azyaşlı övladı ilə çay süfrəsi arxasında söhbət zamanı rayon təşkilat sədri Rövşən Əhmədov ölkə Prezidenti Ali Baş Komandan İlham Əliyevin hərbi və siyasi uzaqgörənliyi sayəsində Məmməd kimi minlərlə qəhrəman oğulların qanı bahasına Xalqımızın 30 illik həsrətinə cəmi 44 gündə son qoyulduğunu bildirib.

Görüşün sonunda ailəyə maddi yardım göstərilib. Ev sahibləri onları yaddan çıxarmadıqlarına görə, öz təşəkkürlərini bildiriblər. Sonda Qazi Məmməd Məmmədov, azyaşlı oğlu Qürur və həyat yoldaşı Samirə ilə xatirə şəkli çəkdirilib. Həmin gün Ağcabədi şəhər sakini, hazırda Bakı şəhərində müalicədə olan I qrup Qarabağ qazisi Sadiq Şükürovun ailəsi də ziyarət edilib. Görüşdə qazinin qardaşı İsfəndiyar Şükürov və yaxın qohumları iştirak ediblər. YAP Ağcabədi rayon təşkilatının sədri R. Əhmədov görüşdə Sadiq kimi igidlərin hesabına əldə edilmiş Qələbənin İqtidar-Ordu-Xalq birliyinin təntənəsi olduğunu vurğulayıb. R.Əhmədov bildirib ki, Sadiqin igidliklə vuruşduğunu, qanlı döyüşlərdə ağır yaralandığını, müalicədə olduğu ilkin günlərdə ona baş çəkərkən aldığı ağır yaraların ağrısına necə mətanətlə dözdüyünü öz gözləri ilə görüb.

Qazinin qardaşı və yaxın qohumları əziz bir gündə Bahar bayramı ərəfəsində Sadiqi unutmadıqları üçün qonaqlara təşəkkür etmiş, şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti Cənab İlham Əliyevə öz dərin təşəkkürlərini bildiriblər.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə