"Şuşa ili"ndə insanlar öz doğma yurdlarına qayıdacaq - MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ
“2022-ci ilin "Şuşa ili" elan olunması gözəl bir hadisədir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Razi Nurullayev bildirib.

Onun sözlərinə görə, bu ilin "Şuşa ili" elan olunması ondan xəbər verir ki, orada bir-birindən gözəl festivallar, tədbirlər və sinpoziumlar keçiriləcək. Bu il bir çox yeniliklərə şahid olacıyıq. Həmçinin güman edirəm ki, ilin sonunda artıq Şuşadan olan insanlar ata-baba yurdlarına və öz evlərinə qayıtmaq şansı əldə edəcəklər. Şuşanın restavrasiya və abadlaşması baxımından bir çox işlər tamamlanacaq. Artıq insanlarımız ora səfər edərək azan səsini, muğamımızı könül rahatlığı ilə dinləyəcəklər”.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB