"Təxribatçılar "Qarabağ klanı"nın nümayəndələridir" - POLİTOLOQ MENASİBƏT BİLDİRDİ

"Təxribatçılar "Qarabağ klanı"nın nümayəndələridir" - POLİTOLOQ MENASİBƏT BİLDİRDİ

“Mən bu təxribatlarıın arxasında bilavasitə Paşinyanın dayandığını düşünmürəm”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Ceyhun Əhmədli bildirdi.

Onun sözlərinə görə, Paşinyana qarşı olan bəzi radikal siyasi dairələr indiki sülh quruculuğu prosesini sabotaj etməyə çalışırlar: “Ermənistan ordusunun içərisində olan ayrı-ayrı generallar arasında revanşist meyilli qüvvələr var. Onlar əsasən "Qarabağ klanı"nın təmsilçiləri hesab olunurlar. Həmçinin qondarma rejimin "nümayəndələri" bütünlüklə Paşinyana qarşı olan qüvvələrdir. Oradakı bütün əlisilahlı separatçılar və onlara rəhbərlik edən terrorçular hər biri keşmiş "Qarabağ klanı"nın nəzarəti altında fəaliyyət göstərirlər. Bütün bu təxribatlar və aventuraların arxasında onların məkirli fikirləri və planları dayanır”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə