YAP Quba rayon təşkilatı tərəfindən Samir Süleymanovun xatirəsi anılıb FOTOLAR
YAP Quba rayon təşkilatı tərəfindən torpaqlarımızın azadlığı uğrunda canından keçərək, şəhadətə yüksəlmiş Quba şəhərindən olan qəhrəman vətən oğlu Süleymanov Samir Çingiz oğlunun doğum günü münasibətilə ailəsi və Qubanın Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub, əziz xatirəsi ehtiramla anılıb. Xatırladaq ki, şəhid Samir Süleymanov cəbhənin Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. 2020-ci ilin noyabr ayının 8-də Samir Xocavənd istiqamətində gedən döyüşlərin birində qəhrəmancasına şəhid olub.
Süleymanov Samir Çingiz oğlu şəhadətindən sonra Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub. Subay idi. 2020-ci ilin noyabrın 8-də Qubanın Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
YAP Quba rayon təşkilatı sədri Fidan Hüseynova tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini həmişə uca tutur. Şəhidlərimiz Vətənimizin işğaldan azad olunmuş torpaqları uğrunda öz qanından, canından keçərək Şəhidlik zirvəsinə ucalıblar. O, qeyd edib ki, şəhidlərimiz kimi, onların ailələri də bizim üçün çox qiymətli və dəyərlidirlər. Şəhidlərimizin, qazilərimizin keçdikləri şərəfli ömür yolu gələcək nəsillərə örnəkdir. Torpaqlarımızın azadlığı, Vətənimizin düşmən tapdağından xilas olması üçün canından keçən Azərbaycanın mərd oğulları - şəhidlərimiz, qazilərimiz bizim qürur mənbəyimizdir.
YAP Quba rayon təşkilatının sədri F.Hüseynova şəhid ailəsinin problemləri ilə maraqlanıb və ailəsinə səbr diləyib.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB