Ermənistan tərəfi heçnəyə nail ola bilməyəcək - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
“Ağdam istiqamətində ərazilərimizin Ermənistan tərəfindən bir neçə dəfə atəşə tutulması Ermənistanın hərbi təxribatının növbəti göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, Fransada prezident seçkiləri yaxınlaşır. Ona görə də bu xüsusda Paşinyan Makrona minnətdarlığını bildirmək və dəstək olmaq məqsədilə Fransaya səfər edib: “Bu səfərin həyata keçirilməsi ilə paralel olaraq ərazilərimizin atəşə tutulması arasında bir uyğunluq var. Cənab Prezident İlham Əliyev Türkiyədə səfərdədir. Bunu fürsət kimi istifadə edən erməni tərəfi bölgədə gərginliyin artırılmasına çalışır.
Rusiya və Ukrayna arasında gedən müharibəni də özü üçün fürsət kimi dəyərləndirirlər. Ermənistan bölgədə müvəqqəti olaraq yerləşdirilmiş Rusiya kontingetini davamlı olaraq diskreditasiya edərək, onların legitimliyini aşağı salır. Bölgədə suni gərginlik yaradaraq müxtəlif formada manipulyasiya etməyə cəhd göstərən Ermənistan tərəfi bununla heçnəyə nail olmayacaq. Çünki Azərbaycanın qətiyyətli addımları və adekvat tədbirləri nəticəsində bütün hərbi və siyasi təxribatların qarşısı uğurla alınır. Ermənistan tərəfinin əsas məqsədi yenidən Qarabağ problematikasını danışıqlar masasına daşımaq və bununla bağlı müzakirələri davam etdirməkdir. Bu danışıqların ermitasiya prosesini biz uzun müddət görmüşük və heç bir məntiqi nəticəsi olmayıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB