Paşinyanın Qərbə bağlılığı bəlli oldu -Politoloq şərh etdi

Paşinyanın Qərbə bağlılığı bəlli oldu -Politoloq şərh etdi

“Ümumiyyətlə, Nikol Paşinyan hər zaman Rusiyaya qarşı ikili siyasi oyunlar oynayıb”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, Paşinyanın anti-Rusiya mövqeyində olması onun yetişdiyi siyasi inustitutla bağlıdır: “O siyasi fəaliyyətinə və mediatik fəaliyyətinə və ona bağlı olan imperialist qeyri-hökumət təşkilatları nəzdində təlimlərlə qarşılanıb. Hakimiyyətə gəldiyi dövrdə də Qərbin müəyyən beyin mərkəzlərindən aldığı siyasi tezislər əsasında hərəkətlər edib. Moskva siyasi rəhbərliyi Paşinyanın Qərbə bağlılığını yaxşı başa düşür. Eyni zamanda Ermənistanda açıq və gizli şəkildə Rusiya əleyhinə aparılan siyasi fəaliyyət kompaniyalarını yaxşı müşahidə edə bilirlər. Düşünürəm ki, Rusiya Paşinyanın belə həssas məqamda Fransaya səfərinin Rusiya əleyhinə hansısa iştirakla bağlı olacağını yaxşı təxmin edir. Eyni zamanda Paşinyanın daim Qərbdən, ABŞ və Fransadakı erməni diasporasından asılı olduğunu, oradan təlimatlar və tezislər aldığını da Rusiya siyasi və hərbi komandanlığı hər zaman kənardan müşahidə edə bilir. Bu baxımdan düşünürəm ki, Paşinyan indiki həssas məqamda Rusiya üzərinə Qərbdən olan basqılaırn artdığını görərək, növbəti dividentlər qazanmaq və Rusiya əleyhinə hansısa kompaniyalarda iştirak etmək istəyir. Hesab edirəm ki, Paşinyanın bu addımları növbəti dəfə Ermənistan Rusiya münasibətlərini daha da zədələcəyək. Ümumiyyətlə Ukraynadakı proseslər başa çatdıqdan sonra Ermənistanın atdığı bu addım Rusiya tərəfindən ciddi təhlil ediləcək. Paşinyanın Rusiya ilə olan gərgin münasibətləri daha da dalana dirənəcək. Ümumilikdə Soçi bəyanatı, ondan sonra imzalanmış Azərbaycan Rusiya arasındakı Moskva bəyannaməsi bütövlükdə Ermənistanın fəaliyyət imkanlarını daha da daraldır. Bu baxımdan Paşinyan Qərbin əlinə oynamaqla, eyni zamanda Rusiya əleyhinə fəaliyyət konturlarında oyuncaq rolunda çıxış etmək üçün öz iddialarını ortaya qoymuş olur”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə