“Son vaxtlar MDB məkanında Qərb-Rusiya arasında nüfuz dairəsi uğrunda mübarizənin güclənməsi, xüsusilə Rusiya və Ukrayna arasındakı müharibə Cənubi Qafqazda Azərbaycanın qələbəsi nəticəsində yaranmış yeni geosiyasi reallıqların məlum təxribatlar vasitəsilə dəyişdirilə biləcəyinə Ermənistanda müəyyən illüziyalar yaratmışdır. Atəşkəsin pozulması və bunun fonunda Paşinyan iqtidarının Azərbaycanla perspektivdə sülh müqaviləsinin imzalana biləcəyi ilə bağlı açıqlamaları rəsmi İrəvanın sözü və əməli arasında kəskin fərqlərin olmasından xəbər verir”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.
E.Manafov bildirib ki, bu kimi hallar tərəflər arasında sərhədlərin demilitasiyası, habelə bölgədə nəqliyyat kommunikasiya dəhlizlərinin açıla biləcəyi ilə aparılan danışıqların intensivliyinə mane olur: “Erməni tərəfində Rusiya Ukrayna qarşıdurmasında Kiyevin Qərbin dəstəyi ilə duruş gətirəcəyi təqdirdə Rusiyanın nüfuzdan düşəcəyi, onun hərbi qüdrətinin sarsılacağı, iqtisadiyyatının çökə biləcəyi ilə baxışların mövcudluğu da istisna deyil. Cənubi Qafqazdakı yeni geosiyasi reallıqların Qərbi, onun qlobal maliyyə mərkəzlərini qane etmədiyinin mahiyyətinə varan çox ola bilsin ki, Qərbdəki havadarlarının dəstəyi ilə oyuna yenidən başlamaq, revanş götürmək və müharibədəki məğlubiyyətinə görə siyasi imicinə dəymiş ziyana görə məlum qlobal maliyyə mərkəzlərini inandırıb vəziyyəti dəyişmək fikrinə də düşə bilər. Lakin güman edirik ki, onun bu ilin aprel ayında Moskvaya gözlənilən məlum rəsmi səfərindən sonra erməni tərəfi uç tərəfli sazişin şərtlərindən irəli gələn müddəaları yerinə yetirməyə başlasın, çünki Rusiyanın bu bölgə, xüsusilə nəqliyyat kommunikasiya xətləri ilə bağlı məlum maraqlar, ondan rəsmi İrəvana təzyiqlərin gücləndirilməsini tələb edəcək”.
E.Manafov onu da bildirib ki, Rusiyaya tətbiq edilən iqtisadi sanksiyalar şəraitində Rusiya uçun rentabellilik baxımından ən vacib region Cənubi Qafqaz, xüsusilə Azərbaycan olacaq: “Burada isə lider dövlət olan Azərbaycanla münasibətlərin qarşılıqlı maraqlar müstəvisi üzərinə gətirilməsi zərurəti olduğundan Rusiya bizimlə münasibətlərini strateji tərəfdaşlıqdan müttəfiqlik müstəvisi üzərinə gətirdi. Ölkəmiz isə etibarı tərəfdaş olduğundan Ukrayna ilə bağlı maraqlarının realizə olunacağından sonra Rusiyanın bizim bölgəmizdəki proseslərə Türkiyə ilə bərabər daha geniş nüfuzu münaqişənin yaratdığı problemlərin həlli işinə öz müsbət və həlledici təsirini göstərəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB