Oğuzda şəhid Fərid Lillahovun xatirəsi anılıb FOTOLAR

Oğuzda şəhid Fərid Lillahovun xatirəsi anılıb FOTOLAR

23 il öncə Oğuz rayonunun Baş Daşağıl kəndində dünyaya göz açmış şəhid Lillahov Fərid Loğman oğlunun doğulduğu gündür. Fərid Lillahov Vətən Müharibəsi zamanı Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. YAP Oğuz rayon təşkilatının əməkdaşları hər il olduğu kimi bu il də, şəhidimizin doğum günündə ailəsinin yanında olub, qəhrəmanımızın məzarını ziyarət edib və təşkilatın adından şəhidin ailəsinə xatirə şəkli tədqim edilib. Qeyd etmək lazımdır ki, Lillahov Fərid, şəhadətindən sonra Prezident Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Şuşa fatehlərindən Fərid Lillahovun timsalında, bütün şəhidlərimiz hörmət, minnətdarlıq və ehtiram hissi ilə anılıb.

Zümrüd Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə