Zaqatalada "Qəhrəmanlar Anası" adlı tədbir keçirilib FOTOLAR

Zaqatalada "Qəhrəmanlar Anası" adlı tədbir keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatı və Zaqatala RİH-in təşkilatçılığı ilə "Qəhrəmanlar Anası" adlı 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının, Zaqatala RİH-in və hüquq-mühafizə orqanlarının əməkdaşları, Birinci Qarabağ müharibəsi, aprel döyüşlərinin, Vətən müharibəsi şəhidlərinin anaları, həyat yoldaşları və övladları iştirak ediblər. Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Vətənin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov, Zaqatala RİH-in başçısı Mübariz Əhmədzadə qəhrəman şəhidlərimizin əziz xatirəsi qədirbilən Azərbaycan xalqı tərəfindən dərin ehtiramla yad edildiyini, onların ailə üzvləri dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bildiriblər.

Daha sonra çıxış edən şəhid anaları, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər.

Tədbirdə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə