YAP Quba rayon təşkilatı şəhid Aydəmir Hacıyevin məzarını ziyarət edib FOTOLAR
YAP Quba rayon təşkilatı Vətən müharibəsi şəhidi Qırmızı Qəsəbə sakini Hacıyev Aydəmir Sənan oğlunun doğum günü münasibətilə məzarını ziyarət edib, şəhidin ruhuna dualar oxunub. Sonra şəhidin ailəsinin qayğı problemləri ilə maraqlanıblar. Rayon təşkilat sədri Fidan Hacıyeva bildirib ki, Müzəffər Ali Baş Komandanımızın uğurlu siyasəti nəticəsində bu gün xalqımız haqq-ədalət uğrunda müharibədə Zəfər çalmış bir ölkədir: "Bizim müharibəmiz azadlıq müharibəsi idi, ədalətli müharibə idi. Ona görə bizim hərbçilərimiz şəhidlik zirvəsinə ucalaraq, Vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirmişlər. Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümünü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar".
Tədbir Şəhidlər Xiyabanından sonra, şəhidin evində davam etdirilib. Rayon təşkilat sədri F.Hüseynova şəhidin ailə üzvlərinə başsağlığı verib, səbr diləyib.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə