Ermənilərin Azərbaycana qarşı “Britaniya sanksiyası” xəyalı necə puç oldu? SİYASİ RAKURS
Baronessa Emma Nikolson Böyük Britaniya ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illik yubileyi ərəfəsində Azərbaycana səfər edib
Məlum olduğu kimi, martın əvvəlində Böyük Briyaniyanın deputatı, erməni lobbisinə işləyən və Avropa məkanında ermənilərin maraqlarını təbliğ edənlərdən biri olan Marqaret Hodce Azərbaycana qarşı sanksiya tətbiq edilməsini tələb etmişdi. Bütövlükdə isə siyasi korrupsiyaya bulaşdığını məhz həmin tələbi ilə özünüifşa edən britaniyalı deputat eyni zamanda, ölkəsinin maraqlarından çox erməni maraqlarına xidmət etdiyini aşıq-aşkar təzahür etdirmişdi.
Azərbaycan Britaniyanın etibarlı tərəfdaşıdır
Başqa tərəfdən, daha bir fakt bu oldu ki, Marqaret Hodcenin yalan ittihamlarla dolu olan çıxışı əslində Britaniyanın strateji maraqlarına da böyük zərbədir. Daha dəqiq desək, Böyük Britaniya-Azərbaycan arasındakı münbit münasibətlər fonunda belə bir davranış ümumiyyətlə, Londona əl verməyən, sərf etməyən bir haldır. Eyni zamanda, Azərbaycan Britaniyanın etibarlı tərəfdaşıdır. Bakı-London ikili əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. 44 günlük müharibə zamanı da Britaniyanın Azərbaycana verdiyi açıq dəstək hər kəsə məlumdur.
Azərbaycan isə daim beynəlxaq hüququn normalarına qeyd şərtsiz riayət edir və bu xüsusda Böyük Britaniya da Azərbaycanın bu addımlarını dəstəkləməkdədir. Əbəs deyil ki, martın 8-də Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Azərbaycana səfərə gəlib.
Ermənilərin Avropada etimadsızlıq reallıqları
Eyni zamanda, baronessa Emma Nikolson Böyük Britaniya ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illik yubileyi ərəfəsində Azərbaycana səfər edib və Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da onu qəbul edib. Təkcə bu fakt həm də belə nəticəyə gəlməyə zəmin yaradır ki, ermənilərin bütün cəhdləri puç olur, o cümlədən, onlar nə qədər çalışsalar da Britaniya ilə Azərbaycan arasındakı sıx münasibətləri poza bilmir. Fakt budur ki, erməni lobbisinin dayaqları get-gedə zəifləməkdədir və onların bundan sonra da gözlənilən cəhdləri, sadəcə, uğursuzluqla nəticələnəcək və eyni zamanda, Avropa ölkələrindəki etimadsızlıq reallıqlarını daha çox qabarıq nümayiş etdirəcək.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB