YAP Göyçay rayon təşkilatının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib FOTOLAR
Martın 5-də Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının yaradılmasının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərinin müvəqqəti icraçısı İkram Vəliyev, Rayon təşkilatının veteranları , YAP Göyçay rayon təşkilatının yaradılmasında xidmətləri olan şəxlər iştirak edirdilər. Tədbir başlamazdan əvvəl iştirakçılar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri qoydular, əziz xatirəsini ehtiramla yad etdilər. Tədbirdə öncə xalqımızın ümummilli lideri , Partiyamızın yaradıcısı Heydər Əliyevin , YAP Göyçay rayon təşkilatının yaradılmasında xidməti olub vəfat etmiş şəxslərin, 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra tədbirdə giriş nitqi ilə çıxış edən YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov bütün siyasi həmfikirlərini rayon təşkilatının yaradılmasının 29-cu ildönümü münasibətilə təbrik etdi. Rayon təşkilatının yaranma tarixi və 29 ildə keçdiyi şərəfli yol barədə geniş məlumat verərək , o illərə qısa ekskursiya etdi.YAP-ın siyasi zərurətdən və ictimai tələb əsasında yaranmış partiya olduğunu bildirən S.Şükürov söyləyib ki, bu gün cənab prezident, partiyanın sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz müasir, möhtəşəm tarixini yaşayır. Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini icra edən İkram Vəliyev çıxış edərək rayon təşkilatının yaradılmasının 29-cu ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Yeni Azərbaycan Partiyasının yaranma tarixindən geniş söhbət açaraq partiyamizin şərəfli yol keşdiyini qeyd etdi. İ.Vəliyev bildirdi ki, Ulu Öndərimiz Heydər Əliyev öz müdrüklüyü, bilik və bacarığı, siyasi fəaliyyətilə bugünkü müasir, müstəqil, qüdrətli Azərbaycanin əsasını qoyub. Ölkəmizin bugünkü inkşafına gəlib çatmasında Yeni Azərbaycan Partiyasının tarixi, siyasi fəaliyyəti böyükdür. Daha sonra çıxış edən partiyanın veteranları Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının yaranma tarixindən, cəmiyyətində tutduğu mövqedən , Heydər Əliyevin ideyaları əsasında formalaşan, böyük inkişaf yolu keçən Partiyamızın uğurlarından danışıblar. Tədbirin sonunda partiya veteranlarından olan Pakizə Salahova və Şərafəddin Quliyevə doğum günləri münasibəti ilə partiya rəhbərliyi tərəfindən hədiyyələr təqdim edilib.
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB