YAP cənab Prezidentin rəhbərliyi ilə öz şərəfli fəaliyyətini uğurla davam etdirir - MÜNASİBƏT BİLDİRİLDİ

YAP cənab Prezidentin rəhbərliyi ilə öz şərəfli fəaliyyətini uğurla davam etdirir - MÜNASİBƏT BİLDİRİLDİ

“Ümummilli liderimiz Heydər Əliyevin qururcusu olduğu Yeni Azərbaycan Partiyasının ölkəmizin hərtərəfli inkişafında müstəsna xidmətləri danılmazdır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov bildirib.

Onun sözlərinə görə, daim yenilənən, təkcə Azərbaycanın yox, Qafqazın ən böyük siyasi partiyası olan YAP hazırda partiyanın sədri cənab Prezindent İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli fəaliyyətini uğurla davam etdirir: “Ölkənin aparıcı siyasi qüvvəsi olan YAP-ın bütün tədbirləri, bütün qurultayları öz əhəmiyyətinə görə hər zaman yerli və xarici müşahidəçilərin diqqət mərkəzində olub. Partiyamızın ötən ilin martın 5-də keçirilən VII qurultayı dediklərimizə bariz nümunədir. YAP-ın VII qurultayında partiyanın sədri cənab İlham Əliyevin iştirakı ilə bir çox məsələləri partiya üzvlərinin qarşısına qoyuldu. Beləki VII qurultayda çıxış edən cənab İlham Əliyev ölkənin iqtidar partiyasının inkişaf tarixinin ən mühüm mərhələsini qeyd etmiş və partiyanın perspektiv xarxterini, strateji hədəflərini vurğulamışdır. Həmçinin cənab sədr qurultayda yeni dövrdə partiyanın qarşısına qoyulan yeni vəzifələr müəyyənləşdirmiş, onların həyata keçirilməsi üçün tapşırıq və tövsiyyələrini vermişdir. Qurultayda diqqət açan məqmlardan biri də 6 siyasi partiyanın YAP-a qoşulması idi. Partiyanın struktur baxımından yenilənməsi, İdarə Heyəti Təftiş Komissiyasının yenidən formalaşdırılması, ölkənin siyasi həyatına tanınmış simaların cəlb olunması həm də digər siyasi partiyalarla ölkəmizdə reallaşan siyasi dialoq və həmrəylik istiqamətində atılmış növbəti mühüm addım idi. Qeyd edək ki, YAP qarşısına qoyduğu hədəflərə doğru inamla irəliləyir. Bu 1 il ərzində partiyada çox mühüm hadisələr baş verdi. Partiyanın həm Bakı şəhər üzrə, həm də respublika üzrə sədr istitutunun formalaşdırılması, yeni simaların gəlməsi, partiyanın xarici əlaqələr sahəsində önəmli səfərləri, həm də beynəlxalq əlaqələrin yüksək səviyyəyə qalması da buna bariz nümunədir. Ümumiyyətlə yenilənən Azərbaycanın geo-siyasi anlamda dünyanın vacib ölkələrindən birinə çevirilmişdir. Azərbaycanın hərtərəfli inkişafında siyasi platforma olaraq özünün uğurlu missiyasını həyata keçirir. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün Cənubi Qafqazın ən böyük siyasi partiyası kimi öz fəalliyyətini günün tələblərinə görə quracaqdır”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə