Fuad Heydər: “Ölkəmizin müxtəlif sektorlarında çalışan yüzlərlə gənc YAP üzvlərimiz fəaliyyət göstərirlər” MÜNASİBƏT
“Artıq 30 illik yubileyini qeyd edəcəyimiz Yeni Azərbaycan Partiyası, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olmaqla yanaşı, Azərbaycanın ən böyük aparıcı, güclü siyasi qüvvəsi, fəaliyyəti ilə xalqın tam dəstəyini qazanmış siyasi təşkilatdır”. Bu fikirləri SİA-ya YAP Səbail rayon təşkilatının təlimatçısı Fuad Heydər deyib.
Onun sözlərinə gərə, ötən Prezident və parlament seçkilərindən, həmçinin, 2020-ci ildə baş vermiş Vətən müharinəsində qazanılmış Şanlı Qələbədən sonra yaranmış yeni reallıqlar siyasi islahatların aparılması zərurətini yaratmışdı və bu baxımdan, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Sədrliyi ilə 2021-ci il martın 5-də keçirilən VII Qurultay və bu qurultaydan irəli tələblərin icrası hər ötən gün Partiyanın cəmiyyətdəki nüfuzunun artmasına, ölkədə demokratik cəmiyyət quruculuğunun sürətlənməsinə, ölkədaxili və xarici siyasi partiyalarla, həmçinin, beynəlxalq təşkilatlarla münasibətlərinin, qarşılıqlı əməkdaşlığın, təcrübə mübadiləsinin davamlı xarakter almasına yol açdı: “Beləliklə, YAP-ın VII Qurultayı ölkə tarixinə mühüm ictimai-siyasi hadisə kimi düşdü - yeni Nizamnamə təsdiq olundu, Yeni Nizamnaməyə əsasən Qurultay, Partiyanın Sədri, İdarə Heyəti və Təftiş Komissiyası partiyanın orqanları qismində müəyyən edildi. Partiya Sədrinin birinci müavini vəzifəsi təsis edildi. Partiyanın Sədri İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini təyin edildi. O cümlədən, partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və onların aparatlarının daxil olduğu təsbit edildi. Qurultayda Partiyanın yeni Proqramının hazırlanması və qəbulu barədə qərar qəbul olundu. Ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması barədə müraciətləri öz müsbət həllini tapdı. Nəticədə YAP yeni inkişaf mərhələsinə daxil oldu”.
“Qurultayda gənclər siyasətinin daha da təkmilləşdirilməsi yönündə mühüm qərarlar verildi və bu gün ölkəmizin müxtəlif sektorlarında çalışan yüzlərlə gənc YAP üzvlərimiz fəaliyyət göstərirlər”, deyən Fuad Heydər əlavə edib ki, 44 günlük Vətən müharibəsində cəbhədə döyüşən gənclərdən əksəriyyəti YAP üzvləri idilər, onlar arasında şəhidlərimiz və qazilərimiz var: “Eyni zamanda, çilli maraqların qorunması Yeni Azərbaycan Partiyasının fəaliyyət strategiyasının mütləq prioriteti olaraq qəbul olunub və bu təbliğat gənclər arasında xüsusi olaraq aparılmaqdadır”. “Bu gün Yeni Azərbaycan Partiyasının üzvləri, Ümummilli Lider Heydər Əliyev ideologiyasına və siyasi xəttinə sadiq qalaraq bütün sahələrdə səylə çalışırlar”, deyən Fuad Heydərə görə, Yeni Azərbaycan Partiyasının VII Qurultayı bir daha göstərdi ki, o, çoxmillətli bir ölkənin, sülhü, sabitliyi, tolerant, ümumbəşəri dəyərləri həyat tərzinə çevirən, müxtəlif xalqların birgəyaşayışına nail olan, tarixlə müasirliyi özündə birləşdirən bir ölkənin – Azərbaycanın hakim partiyasıdır: “Onun başında xalqımızın arxalandığı, inandığı, güvəndiyi, etibar etdiyi, etimad göstərdiyi, dünyada yaşayan bütün azərbaycanlıların lideri, Müzəffər Ali Baş Komandan İlham Əliyev dayanır”.
YAP Səbail rayon təşkilatının təlimatçısı sonda bildirib ki, Qurultayın nəticələrinə görə, artıq partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və onların aparatlarının daxil olduğu təsbit edilmişdir. “Yeni Azərbaycan Partiyasının yeni formalaşdırılmış Mərkəzi Aparatı və yerli strukturları müasir dövrün tələblərini, partiyanın qarşıdakı dövr üçün müəyyənləşdirdiyi hədəfləri yüksək səviyyədə, çevik, səmərəli idarəetmə prinsipləri əsasında həyata keçirərək müasir müstəqil Azərbaycanın daha möhtəşəm uğurlara imza atmasına öz töhfələrini verməkdədir”, deyə o sonda bildirib.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB