YAP Şamaxı rayon təşkilatı ərazi partiya təşkilatının hesabat-seçki yığıncaqları keçirilir FOTOLAR
YAP Şamaxı rayon təşkilatı Şamaxı Regional Asan Xidmətinin Mərkəzində 81 saylı ərazi partiya təşkilatının hesabat-seçki yığıncağını keçirilib. Yığıncaq Ulu Öndər Heydər Əliyev və vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Tədbirdə Şamaxı Asan Xidmətinin kollektivi və Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının sədri Qasımlı Tural Şahnəzər oğlu və aparatın əməkdaşı Məmmədov Altay Abduləhəd oğlu iştirak edirdilər. Tədbiri giriş sözü ilə Mərkəzin rəhbəri Zəka Muradov açaraq dəyərli qonaqları və tədbir iştiraşçılarını salamladı. Daha sonra Z.Muradov yığıncağın gündəliyindəki 2 əsas məsələni tədbir iştirakçılarının nəzərinə çatdırdı. Zəka Muradov Şamaxı Asan Xidməti Mərkəzinin 81 saylı ərazi təşkilatının VI qurultaydan sonrakı dövr ərzindəki gördüyü işlərdən hesabat xarakterli çıxış etdi. Çıxışlardan sonra 81 saylı ərazi təşkilatına yeni sədr və müavinin seçilməsi üçün tədbir iştirakçıları arasında açıq səs vermə keçirildi. Səsvermə nəticəsində Mərkəzin rəhbəri Muradov Zəka Sadiq oğlu sədr və Hacaqayev Elçin Vaqif oğlu sədr müavini seçildi.
Səsvermədən sonra mərkəzin fəalları çıxışlarında Yeni Azərbaycan Partiyasının uzunmüddətli, uğurlu fəaliyyətindən bəhs edərək, partiyanın gələcək işlərində müvəffəqiyyətlər arzuladılar.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı YAP-ın Şamaxı rayon ərazi təşkilatları içərisində 81 saylı təşkilat fəal partiya təşkilatı olduğunu qeyd etdi. Bildirdi ki, bu fəallıq yüksək qiymətləndirilir. T.Qasımlı yüksək səviyyəli tədbir üçün mərkəzin rəhbərliyinə öz minnətdarlığını bildirdi. Sonda Şamaxı Regional Asan Xidməti Mərkəzinin rəhbəri Zəka Muradov 81 saylı ərazi partiya təşkilatına seçilmiş yeni sədr və müavini təbrik etdi, onlara uğurlar arzuladı.
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB