Azərbaycan-Türkiyə qardaşlığı bütün dünyaya nümunədir - ŞƏRH EDİLDİ
"Şuşa bəyannaməsi hər iki qardaş ölkədə təsdiqləndi. Bunun əhəmiyyəti bizim üçün çox böyükdür. Bildiyimiz kimi 2021-ci ilin iyun ayının 15-də iki qardaş ölkə arasında Şuşa bəyannaməsi imzalandı". Bu sözləri SİA-ya açıqlamasında deputat İlham Məmmədov deyib.
Onun sözlərinə görə, tarixdə ilk dəfə olaraq Azərbaycan Prezidenti xarici dövlət başçısını Qarabağda qarşıladı: "Bu bizim üçün mühüm əhəmiyyət kəsb edən bir hadisə idi. Təbii ki, hər iki ölkənin bu bəyannaməni imzaladıqdan sonra parlamentlərinin ratifikasiya etməsi qaçılmaz idi. Bu gün tarix yenidən təkrarlanır. Heç də təsadüfi deyil ki, Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşün keçirilməsi və bu görüşdə Şuşa bəyannaməsinin imzalanması ilə cənab Prezident İlham Əliyev hər kəsin yadına Qars müqaviləsini saldı. 100 ildən sonra Şuşada müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapıb. Bu gün Rusiya ilə Qərbin Avropada toqquşması nəticəsində təbii ki, öz sülhsevər siyasəti ilə ad çıxarmış və sülhsevər siyasətə sadiqliyini nümayiş etdirmiş məhz bu iki qardaş ölkənin dostluğunu Qərb də görüb. Ona görə də məhz Qərblə Rusiya ilə arasında olan mübarizənin tənzimlənməsi üçün danışıqların aparılması üçün məkanı Bakı və İstanbul nəzərdə tutulur. Bu Azərbaycan-Türkiyə qardaşlığının bütün dünyaya bir nümunə olduğunun sübutudur".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB