3 mart 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının Səmədabad, Nərimankənd, Nəsimi və Çaylı kənd ərazi partiya təşkilatlarında hesabat-seçki iclasları keçirildi. İclasdan əvvəl kənd qəbirstanlıqlarında dəfn edilmiş şəhid məzarları ziyarət edildi.İclasda Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Gündəlikdə duran I məsələ ərazi partiya təşkilatının sədrinin hesabat məruzəsinin dinlənilməsi, II məsələ ərazi partiya təşkilatının sədr və sədr müavinlərinin seçilməsi olmuşdur.
Yığıncaqda ərazi partiya təşkilatları sədrlərinin hesabatı dinlənildi. Hesabat dövründə görülən işlər geniş müzakirə olundu, qarşıda duran vəzifələr müəyyənləşdirildi. Ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edildi.Yığıncaqda təşkilati məsələyə baxılaraq, Səmədabad kənd ərazi partiya təşkilatında Aydın Bəşirov sədr, Cavid Teymurov sədr müavini, Nərimankənd kənd ərazi partiya təşkilatında Elmin Babayev sədr, Sarvan Əliyev sədr müavini, Nəsimi kənd ərazi partiya təşkilatında Nadir Əliyev sədr, Əli Əliyev sədr müavini, Çaylı kənd ərazi partiya təşkilatında Rəşad Əliyev sədr, Ceyhun Əliyev isə sədr müavini seçildilər.Tədbirdə çıxış edən YAP rayon təşkilatının sədri Kamil Qurbanlı Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdəki rolundan, Partiyanın Proqram və Nizamnaməsinin tələblərindən geniş bəhs etdi. Partiyanın VII Qurultayında qəbul olunmuş Nizamnamənin müasir dövrün reallıqlarına uyğun olan yeni çağrışların, vəzifələrin daha effektiv şəkildə həyata keçirilməsinə şərait yaratdığını bildirdi. K.Qurbanlı ötən hesabat dövrü ərzində ƏPT - nın fəaliyyətləri ilə baglı fikirlərini bildirdi.Yeni seçilən sədr və müavinləri təbrik edərək müvafiq tapşırıq və tövsiyyələrini verdi.
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB