Atışmanın tam ortasında qaldıq - KİYEVDƏN EKSKLÜZİV AÇIQLAMA - AZƏRBAYCANLI TƏLƏBƏ DANIŞDI-FOTOLAR
"Neçə gündür fasiləsiz olaraq rus hərbi qüvvələri atırlar". Bu sözləri SİA-ya açıqlamasında Ukraynada təhsil alan azərbaycanlı tələbə Vüqar Zeynalov deyib.
"Neçə gündür ki, bunkerdə qalırıq. Bunkerdən kənara çıxanda qolumuzu sarı lentlə bağlayıb çölə çıxırıq ki, bizi vurmasınlar. Lakin elə olur ki, qolunu sarı lentlə bağlayan şəxsin vətəndaş yoxsa, diversant olduğunu bilmirsən. Dünən Kiyevdə yerləşən dəmiryolu vağzalının bir tərəfini vurub darmadağın etdilər. Bu gün isə vağzaldan çıxan zaman atışma baş verdi. Biz atışmanın tam ortasında idik. Mənimlə bərabər 8 azərbaycanlı vardı. Biz hazırda qatardayıq. Buradan Moldova sərhədinə gedirik".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB