Mütəxəssislər "saxta Putin"lə video hazırlayıblar - VİDEO

Mütəxəssislər "saxta Putin"lə video hazırlayıblar - VİDEO

Sosial şəbəkələrdə Ukraynada başlayan müharibədən sonra sülhün əldə olunmasından danışdığı iddia edilən "saxta Putin"lə video peyda olub. SİA xəbər verir ki, əslində videoda göstərilən kadrlarda Rusiya prezidenti bu fikirləri deməyib. Bu saxta video süni intellekt tərəfindən hazırlanıb. Videonu Zurab Alasania adlı Facebook istifadəçisi hazırlayıb və sosial şəbəkələrdə yayıb.

Onlar ukraynalılara göstərmək istəyirlər ki, rus işğalçıları belə saxta videolar yarada bilərlər. Məsələn, Ukrayna prezidenti Vladimir Zelenski guya “təslim olduğunu elan edəcək”.

Bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidməti Ukrayna rəhbərliyi və hökumətinin ölkəni təslim etməsi ilə bağlı saxta məlumatın yayılması ehtimalı barədə xəbərdarlıq etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə