Uşaq xəstəxanaları, stansiyalar darmadağın edilib - SON DƏQİQƏ! - LVOVUN DİASPORA SƏDRİ DANIŞDI-EKSKLÜZİV
“Rus hərbi qüvvələri uşaq xəstəxanalarını, stansiyaları darmadağın edib”. Bu sözləri SİA-ya eksklüziv açıqlamasında Ukraynanın Lvov vilayəti üzrə diasporanın sədri Teymur Məmmədov deyib.
Onun sözlərinə görə, xəstəxanadan uşaqları təxliyyə ediblər: “Bu gün saat 2-də Kiyevdən azərbaycanlıların təxliyyəsi gözlənilir. Lvovda biz böyük bir mərkəz açmışıq. Qaçqınları, köçkünləri sərhədlərə göndəririk. Azyaşlı uşaqlara və qadınlara tibbi yardım göstəririk. Çox təəssüflər olsun ki, 16 körpə həlak olub. Belarusiya tərəfindən də hücum olunur. Vətəndaşlarımızı bacardığımız qədər, öz gücümüzlə yerbəyer edirik. Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinə və səfirliyə müraciət etmişik. Biz humanitar kömək gözləyirik. Artıq 6-cı gündür ki, köməklik edilməyib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB