Xarkov şəhəri yenidən bombardman edilib - SON DƏQİQƏ! - HADİSƏ YERİNDƏN EKSKLÜZİV AÇIQLAMA
"Hazırda Ukraynada vəziyyət çox gərgindir. Dünən gecə Xarkov vilayətinə rus qoşunları tərəfindən ağır raket zərbələri endirilib. Demək olar ki, Xarkov şəhərində böyük bir təlafat var". Bu sözləri SİA-ya açıqlamasında İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar mərkəzinin sədri Samir Adıgözəlli bildirib.
Onun sözlərinə görə, şəhərin mühüm mədəniyyət mərkəzi, bir neçə yaşayış binaları vurulub: "İnsanlar təxliyyə olmaq istəyirlər. Amma bu barədə ciddi sıxıntılar var. Bildiyimiz kimi Xarkovda bizim Fəxri Konsulluğumuz tərəfindən Ukrayna dəmir yollarının Baş İdarəsi ilə razılaşmamız var. Qatarlar vasitəsilə Livov şəhərinə, Moldova sərhədi istiqamətinə soydaşlarımız təxliyyə olunur. Təbii ki, başqa qatarlar vasitəsilə ukraynalılar da təxliyyə olunur. Problem odur ki, belə bir xaos vəziyyətində insanlar dəmiryolu vağzalına gəlmək üçün maşın tapa bilmirlər. Digər vilayətlərdə ciddi həyəcan siqnalları verilib. Bu gün isə səhər saat 7-də 250 nəfər azərbaycanlı təxliyyə olunub. Vəziyyət çox acınacaqlıdır. Sığınacaqlar yaradılıb. İnsanlar sığınacaqlarda yemək ilə təmin olunur.
Hazırda əldə edilən məlumatlara görə şəhər yenidən bombardman edilib. Ciddi təlafatlar var. Xarkov şəhər polis idarəsi, Xarkov şəhər Təhlükəsizlik Xidmətinin İdarəsi, Karazin adına Xarkov Milli Universitetinin əsas binası darmadığın olub. Gözlənən odur ki, bu bombardmandan sonra şəhərə hücum olunacaq".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB