"Ermənistanda prezident seçkiləri bildiyimiz kimi martın 2-də keçiriləcək. Müxalifət namizəd vermədiyinə görə, hakimiyyətin nümayəndəsinin seçilməsi şübhə doğurmur". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.
Onun sözlərinə görə, ancaq çox güman ki, birinci turda tələb olunan səsləri Xaçatryan ala bilməyəcək: "Bu gün Ermənistanda baş verən hadisələrə diqqət yetirsək, görərik ki, həddindən artıq qeyri-fəal vəziyyət mövcuddur. Müxalifət kifayət qədər sakitləşib. Hakimiyyət nümayəndələrinin müxtəlif bəyanatları səsləndirilmir. Hamı bütün diqqətini Ukraynada baş verən hadisələrə yönəldib. Ermənistan Rusiyanın yedəyi olmaqda davam edir. Sonuncu dəfə Avropa Şurasında Rusiyanın nümayəndə heyətinin fəaliyyətinin dondurulması səsə qoyulanda Ermənistan bu qərarın əleyhinə səs vermişdi. Onlar Ukraynadakı hadisələrin necə yekunlaşacağını çox diqqətlə izləyirlər. Hakimiyyətin istədiyi şəxsin prezident olması Paşinyanın əl-qolunu açacaq. Gələcəkdə xalqın, ictimai rəyin, xüsusilə müxalifətin qəbul etməyəcəyi qərarlara, razılaşmalara qol çəkmək imkanını artırır. Bundan sonra Ermənistan hakimiyyəti müəyyən qədər monolit olacaq. Müəyyən qərarların qəbul olunmasında, xüsusilə Azərbaycan ilə imzalanacaq çox mühüm sənədlərə öz təsirini göstərəcək".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB