Qan tökülməsinin qarşısını almaq üçün siyasətçilər ağıllı davranmalıdırlar - POLİTOLOQ BİLDİRDİ

Qan tökülməsinin qarşısını almaq üçün siyasətçilər ağıllı davranmalıdırlar - POLİTOLOQ BİLDİRDİ

“Rusiya və Ukrayna arasında olan müharibə 5-ci gününə qədəm qoyub. Ukraynanın çox saylı şəhərlərində dağıntılar və humanitar fəlakət müşahidə olunur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, dünyanın müxtəlif dövlətləri Ukraynaya dəstəy nümayiş etdirirlər: “Rusiyaya qarşı iqtisadi sanksiyalar, hava məkanının bağlanması, istilik sistemindən bir sıra bankların ayrılması, beynəlxalq məkanda sıxışdırılması Rusiyaya iqtisadi cəhətdən mənfi təsir göstərəcək. Rusiya və Ukrayna arasında diplomatik zəmində danışıqlar Qomil şəhərində keçiriləcək. Rusiya müdaxilə etdikdən sonra Ukrayna Natoya daxil olmaqla bağlı fikirlərini qırağa qoyaraq öz neytralığını elan edirdi. Lakin artıq Rusiya düyməyə basaraq, əməliyyatını icra etməyə başladı. Hazır ki, durumda motivasiya Ukranya tərəfində olsa da, Rusiya daha da şiddətli şəkildə Kiyev şəhərini götürüb digər şəhərləri əldə etmək niyyətindədir. Bu istiqamətdə artıq çox saylı qüvvələr Ukrayna tərəfinə atılmışdır. Buna görə də Ukrayna tərəfində psixoloji üstünlük olsa da, hazır ki siyasi zəmində məsələləri həll etmək üçün bir şərait formalaşır. Çünki Rusiya tərəfi iqtisadi sanksiyaların tətbiq olunmasını və dünya ictimaiyyətinin ona qarşı birləşməsini diqqətlə nəzərdən keçirdir. Bu xüsusuda bir sıra önəmli razılaşmalarda əldə oluna bilər. Amma Rusiya tərəfi Dombas və Luqanskın tanınmasından sonra bu əraziləri danışıqlar predmeti kimi irəli sürəcəkdir. Digər əraziləri tərk etməyə məcbur olacaq. Burada tərəflərin siyasi iradəsi və beynəlxalq hüquqa hörməti ən öncül xarakter daşımalıdır. Qan tökülməsinin qarşısını almaq üçün siyasətçilər daha müdrik davranmalıdırlar”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə